“maliYYƏ” fənnindən mühazirə mətnləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə99/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   157
Maliyyə muhazirələri yeni (1)

Torpaq vergisi birbaşa vergi növüdür. AR - nın Vergi Məcəlləsinə görə, torpaq vergisi 
torpaq  mülkiyyətçilərinin  və  ya  istifadəçilərinin  təsərrüfat  fəaliyyətinin  nəticələrindən  asılı 
olmayaraq  torpaq  sahəsinə  görə  hər  il  sabit  tədiyyə  şəklində  hesablanır  (Maddə  203). 
Azərbaycan  Respublikasının  ərazisində  mülkiyyətində  və  ya  istifadəsində  torpaq  sahələri 
olan müəssisələr torpaq vergisinin ödəyiciləridir və həmin torpaq sahələri vergitutma obyekti 
sayılır.   
Yol  vergisi ölkənin avtomobil yollarından istifadəyə görə tətbiq edilir. AR - nın Vergi 
Məcəlləsinin 209 - cu Maddəsinə əsasən, ölkəmizin ərazisinə daxil olan və həmin ərazidən 
sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan 
qeyri-rezident  müəssisələri  və  qeyri  -  rəsmi  fiziki  şəxslər,  habelə  Azərbaycan 
Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar 
və  digər  avtomobil  nəqliyyatı  vasitələri  olan  hüquqi  və  fiziki  şəxslər  Azərbaycan 
Respublikasının  avtomobil  yollarından  istifadəyə  görə  yol  vergisinin  ödəyiciləridir. 
Azərbaycan  Respublikasının  ərazisinə  daxil  olan  xarici  dövlətlərin,  habelə  Azərbaycan 
Respublikasının  ərazisində  şəxslərin  mülkiyyətində  və  ya  istifadəsində  olan  avtonəqliyyat 
vasitələri  vergitutma  obyektidir.  Avtonəqliyyat  vasitələrinin  növündən,  oturacaqların 
sayından,  yük  götürmə  qabiliyyətindən  və  avtonəqliyyat  vasitəsinin  yüklə  birlikdə  ümumi 
çəkisindən,  oxa  düşən  ağırlığından,  Azərbaycan  Respublikası  ərazisində  qət  edilən 
məsafədən,  təhlükəli  yüklərin  daşınmasından  asılı  olaraq,  Azərbaycan  Respublikasının 
ərazisinə  daxil  olan  xarici  dövlətlərin  avtonəqliyyat  vasitələrindən,  habelə  Azərbaycan 
Respublikasının ərazisində hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan 
avtonəqliyyat  vasitələrinin  mühərriklərinin  həcmindən  asılı  olaraq,  avtonəqliyyat 
vasitələrindən vergi dərəcələrlə hesablanır.  
Mədən  vergisi.  Azərbaycan  Respublikasının  ərazisində,  o  cümlədən  Xəzər  dənizinin 
Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə 
mədən  vergisi  tutulur.  Bu  faydalı  qazıntıları  çıxaran  fiziki  şəxslər  və  müəssisələr  mədən 
vergisinin ödəyiciləridir. Çıxarılan həmin faydalı qazıntılar vergitutma obyektidir.   

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin