“maliYYƏ” fənnindən mühazirə mətnləri


Mənfəətin bölüşdürülməsi dedikdə mənfəətin büdcəyə yönəldilməsi, mülkiyyətçilər



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə95/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   ...   157
Maliyyə muhazirələri yeni (1)

Mənfəətin bölüşdürülməsi dedikdə mənfəətin büdcəyə yönəldilməsi, mülkiyyətçilər 
(səhmdarlar,  təsisçilər)  arasında  və  müəssisədə  istifadənin  maddələr  üzrə 
paylaşdırılması  başa  düşülür.  Mənfəətin  vergilər  şəklində  müxtəlif  səviyyəli  büdcələrə 
daxil olan və digər məcburi tədiyyələrin ödənilməsinə yönəldilən hissəsinin bölüşdürülməsi 
qanunla tənzimlənir. Mənfəətin bölüşdürülməsi üzrə dövlət heç bir normativ müəyyən etmir, 
lakin  vergi  güzəştlərinin  verilməsi  qaydası  mənfəətin  istehsal  və  qeyri  -  istehsal  xarakteri 
kapital 
qoyuluşlarına  xeyriyyəçilik  məqsədlərinə,  təbiəti  mühafizə  tədbirlərinin 
maliyyələşdirilməsinə  və  s.  yönəldilməsini  stimullaşdırır.  Mənfəətin  bölüşdürülməsi  və 
istifadəsi  qaydası  müəssisənin  nizamnaməsində  qeyd  olunur,  iqtisadi  və  maliyyə 
xidmətlərinin  müvafiq  bölmələrinin  hazırladıqları  əsasnamə  ilə  müəyyən  edilir  və 
müəssisənin  rəhbər  orqanları  tərəfindən  təsdiq  olunur.  Məhsulun  (işlərin,  xidmətlərin) 
satılmasından  əldə  edilən  mənfəət  müəssisənin  nizamnaməsində  göstərilən  və  qanunun 
qadağan  etmədiyi  bütün  formalarda  həyata  keçirdiyi  əsas  fəaliyyətdən  əldə  edilən  maliyyə 
nəticəsidir.   
Məhsul satışından əldə edilən mənfəət satışdan əldə edilən mədaxil (əlavə dəyər vergisi 
və aksizlər nəzərə alınmadan) ilə məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərclər (maya 
dəyəri) arasındakı fərq kimi hesablanır. Natural - əşya formasına malik məhsulun satışı üzrə 
mənfəət natural ifadədə məhsulun satışı həcmi üçün müəyyən edilən mədaxil və tam maya 
dəyərinə görə hesablanır:   
Ms=Mqə+Mə+Mqa   
Burada: Ms - məhsulun satışından əldə edilən mənfəət;   
Mqə - müəyyən dövrün əvvəlinə satılmamış hazır məhsul qalığındakı mənfəət;   
Mə - hesabat dövründə əmtəəlik məhsul buraxılışından mənfəət;   
Mqa - müəyyən dövrün axırına satılmayan məhsul qalığındakı mənfəətdir.   
İşlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən mənfəət də məhsul 
satışında  əldə  edilən  mənfəət  kimi  hesablanır.  Müəssisənin  əsas  vəsaitlərinin  və  digər 
əmlakının  satılmasından  əldə  edilən  mənfəət  (zərər)  müəssisə  fəaliyyətinin  əsas  növləri  ilə 
əlaqədar  olmayan  maliyyə  nəticəsidir.  O,  sair  satışından  əldə  edilən  mənfəəti  (zərəri)  əks 
etdirir. Buraya müəssisənin balansında  olan müxtəlif növ əmlakın kənara satılması daxildir. 
Qeyri-satış əməliyyatlarından əldə edilən maliyyə nəticələri müəssisənin əsas fəaliyyətinə aid 
olmayan  və  müəssisə  məhsulunun,  əsas  vəsaitlərinin,  sair  əmlakın,  işlərin  görülməsi  və 
xidmətlərin  göstərilməsi  ilə  əlaqədar  olmayan  müxtəlif  xarakterli  əməliyyatlar  üzrə 
mənfəətdir  (zərərdir).  Satışdankənar  mənfəətin  (zərərin)  tərkibinə  alınmış  və  ödənilmiş 
cərimələrin,  penyaların,  əlavələrin  və  digər  sanksiya  növlərinin  qalığı,  eləcə  də  aşağıdakı 
gəlirlər daxildir:   
- ötən illərə aid olan, lakin hesabat ilində aşkar edilmiş mənfəət;   
- malların yenidən qiymətləndirilməsindən gəlirlər;   
- ötən illərin silinmiş debitor borclarının ödənilməsi hesabına daxil olmuş məbləğ;  
-valyuta hesabları və xarici valyuta əməliyyatları üzrə müsbət məzənnə fərqləri;   


104 
 
 
 
- digər  müəssisələrin  hesablarında  olan  pul  vəsaitlərinə  görə  alınmış  faizlər.  Buraya 
həmçinin başqa müəssisələrin nizamnamə kapitalında payı kimi iştiraka görə əldə edilən gəlir 
də daxildir.   
  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin