Müəssisənin sərəncamında qalan mənfəətin bölüşdürülməsi istehlak və yığıma
yönəldilən vəsaitlər arasında optimal nisbətlərin müəyyən edilməsi əsasında geniş təkrar
istehsalın maliyyə resurslarına tələbatını təmin etməlidir. Mənfəətin bölüşdürülməsi, ondan
istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi zamanı, rəqabət mühitinin vəziyyəti
nəzərə alınmalıdır. Buna uyğun olaraq mənfəətdən istehsalın inkişafı fondlarına ayırmaların
miqyası müəyyən edilir. İstehsalın inkişaf fondu resurslarından kapital qoyuluşlarının
maliyyələşdirilməsi, dövriyyə vəsaitlərinin artırılması, elmi-tədqiqat fəaliyyətinin təmin
edilməsi, yeni texnologiyaların tətbiqi, əməyin mütərəqqi metodlarına keçirilməsi və s. üçün
istifadə olunur.
Yığım fondu - istehsal və qeyri - istehsal təyinatlı əsas fondların alınması və inşası,
habelə digər əsaslı vəsait qoyuluşu üçün istifadə olunur. Bu fond hesabına qaytarılmamaq
şərti ilə aşağıdakı xərclər maliyyələşdirilir:
- elmi tədqiqat işlərinin aparılması;
-təbiəti mühafizə tədbirləri;
-qiymətli kağızların buraxılışı üçün xərclər;
- başqa müəssisələrin yaradılması üçün xərclər;
-mənfəətin gizlədilməsinə görə cərimə sanksiyalarının ödənilməsi və s.
İstehlak
fondu
-
işçilərin sosial ehtiyaclarının ödənilməsinin və maddi
həvəsləndirilməsinin maliyyələşdirilməsi üçün sərf olunur. Buraya mükafatların verilməsi,
maddi yardım göstərilməsi, göndərişlərin, müalicənin, işçilər və onların ailə üzvləri üçün
dərmanların dəyərinin, faizlərin və s. ödənilməsi daxildir. İstehlak fondundan çəkilən xərclər
geri qaytarılmır.
Ehtiyat fondu - təbii fəlakətlər nəticəsində baş vermiş itkilər və balans zərərlərinin
ödənilməsi üçün istifadə olunur. Müəssisənin hər bir təşkilati - hüquqi forması üçün onun
sərəncamında qalan mənfəətin bölüşdürülməsinin qanuna müvafiq mexanizmi müəyyən
103
edilmişdir. Hər bir müəssisədə balans mənfəəti bölüşdürmə obyektidir.