10.5.MÜƏSSİSƏLƏRİN ƏSAS FONDLARININ İQTİSADİ MAHİYYƏTİ,
TƏRKİBİ, QURULUŞU VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Müəssisənin əmlakı daşınan və daşınmaz qruplara ayrılmaqla dövriyyədənkənar və
dövriyyə aktivlərinə bölünürlər. Onlar biri birindən yalnız fiziki quruluşuna görə deyil, həm
də istehsal proseslərindəki əhəmiyyətinə və roluna görə fərqlənirlər. Müəssisənin ümumi
əmlakında dövriyyədənkənar aktivlər böyük əksəriyyəti təşkil edir.
Dövriyyədənkənar aktivlərə xas olan ümumi əlamət onların uzun müddətə (bir ildən
çox) istismar qabiliyyətinə, istismar gücünə malik olmalarıdır. Hər bir müəssisə normal
istehsal - kommersiya fəaliyyəti həyata keçirmək üçün kifayət qədər əsas və dövriyyə
fondlarına malik olmalıdır. İstehsal prosesindəki əhəmiyyətinə görə əsas fondlar möhöm yer
tutur və məbləğcə müəssisəyə məxsus olan bütün əmlakın böyük hissəsini təşkil edir. Başqa
sözlə desək, əsas fondlar-əsas vəsaitlərin, əsas kapitalın dəyər ifadəsidir. Uçot və statistika
təcrübəsində əsas fondlara adətən istismar müddəti bir ildən az olmayan əsas vəsaitləri aid
edirlər. Müəssisənin əsas fondları istehsalın təşkilinin, işlərin görülməsinin və xidmətlərin
göstərilməsinin maddi - texniki bazasını təşkil edir.
Əsas fondlar müəssisənin istehsal gücünü təşkil edir və onun balansına əsas vəsaitlər
kimi daxil olur. Əsas fondlara bina, qurğu, avadanlıqlar və s. daxildir. Əsas fondlar istehsalda
iştirakına görə istehsal (maşın,avadanlıq və s.) və qeyri– istehsal (mədən-məişət təyinatlı)
əsas fondlara ayrılırlar.
Əsas istehsal fondları istehsal prosesində uzun müddət iştirak edir və öz dəyərini yeni
məhsulun üzərinə tədricən, aşındıqca hissə – hissə keçirirlər. İstehsal quruluşuna görə əsas
istehsal fondları aktiv və passiv hissələrə ayrılır. Aktiv əsas fondlar maşın, qurğu və
avadanlıqlardan ibarətdir və onlar bilavasitə məhsul (iş,xidmət) istehsalında iştirak edirlər.
Müəssisə əsas istehsal fondlarının tərkibində aktiv fondların xüsusi çəkisinin artmasında
maraqlıdır. Aktiv əsas fondlar müəssisənin istehsal imkanlarını xarakterizə edir.
Passiv əsas fondlara isə bina, inventar və s. daxildir ki, onlar bilavasitə istehsal
109
prosesində işitirak etmirlər, lakin aktiv əsas fondların fəaliyyətinə normal şərait yaradırlar.
Qeyri-istehsal fondlarına müəssisənin balansında olan yaşayış evləri, uşaq və idman
müəssisələri, zəhmətkeşlərə mədəni - məişət xidməti göstərən digər obyektlər daxildir.
İstehsal fondlarından fərqli olaraq onlar istehsal prosesində iştirak etmir və öz dəyərini hazır
məhsulun üzərinə keçirmirlər. Qeyri - istehsal fondları istehsalın həcminə və əmək
məhsuldarlığının artımına təsir göstərməsə də onların daim artırılması, müəssisə işçilərinin
rifahının yaxşılaşdırılması, onların maddi və mədəni həyat səviyyəsinin yüksəlməsi ilə
qırılmaz surətdə bağlıdır. Bu isə son nəticədə müəssisənin fəaliyyətinə müsbət təsir göstərir.
Əsas fondlar təkcə müəssisənin deyil, dolayısı ilə ölkənin maddi - texniki bazasını
təşkil edir. Müəssisənin istehsal gücü, əməyin texnika ilə silahlanması səviyyəsi onların
həcmindən asılıdır. Əsas fondların artımı və əməyin texniki təchizatının daim yüksəldilməsi
əmək prosesini zənginləşdirir, əməyə yaradıcı xarakter verir, cəmiyyətin mədəni - texniki
səviyyəsini artırır. Əsas fondlar istehsalın intensivləşdirilməsinin bütün amilləri hesabına
makro iqtisadi artımını təmin edən başlıca zəmindir.
Cəmiyyətin maddi resurslarının ən mühüm hissəsi məhz əsas fondlarda öz əksini tapır.
Əsas fondların 60 - 70 faizə qədərini əsas istehsal fondları təşkil edir. Müəssisənin əsas
istehsal fondları külli miqdarda əmək vəsaitlərindən ibarətdir ki, onlar da özlərinin iqtisadi
həmcinsliyinə baxmayaraq məqsədli təyinatına, istismar müddətlərinə və digər
xüsusiyyətlərinə görə fərqlənirlər. Elə buradan da əsas fondların müxtəlif qruplar üzrə
təsnifatı meydana çıxır. Mövcud təsnifata görə müəssisənin əsas istehsal fondları aşağıdakı
qruplara bölünür:
-mülkiyyət hüququ əsasında müəssisəyə məxsus olan torpaq sahələri və təbiətdən
istifadə obyektləri (su, yerin təki, digər təbii resurslar);
-binalar (istehsal - texniki, xidməti və s.);
-tikililər (istehsala xidmət edən mühəndis - inşaat obyektləri);
-ötürücü qurğular (elektrik şəbəkələri, istilik şəbəkələri);
-maşınlar və avadanlıqlar (iş maşınları və avadanlıq, güc maşınları və avadanlıq);
-ölçü və tənzimləyici cihazlar, qurğular və laboratoriya avadanlığı;
-hesablama texnikası;
-nəqliyyat vasitələri (daxili və istehsaldankənar);
-alətlər və tərtibatlar (dəyəri 50 minimum əmək haqqı məbləğindən artıq olanlar);
-istehsal və təsərrüfat inventarları;
-təsərrüfatdaxili yollar;
-torpaqların və icarəyə götürülmüş binaların, əsas avadanlığın və əsas fondlara aid
edilən digər obyektlərin yaxşılaşdırılması üçün kapital qoyuluşları.
Əsas fondların ayrı - ayrı qruplarının onların ümumi həcmində tutduğu yerə görə bu
fondların istehsal strukturu müəyyən edilir. Əsas fondların hansı qruplarına vəsait qoyulması
müəssisə üçün çox əhəmiyyətlidir. Müəssisə maşın və avadanlığın, yəni fondların aktiv
hissəsinin xüsusi çəkisinin optimal ölçüdə artırılmasında həmişə maraqlıdır. Çünki fondların
bu hissəsi istehsalın həlledici sahələrinə xidmət edir, bu və ya başqa məhsul buraxılışı üzrə
110
müəssisənin istehsal imkanlarını əks etdirir. Əsas fondların aktiv elementlərinin normal
fəaliyyətini təmin edən binalar, tikililər, inventarlar əsas fonların passiv hissəsinə aiddir.
Əsas fondların dəyərində avadanlığın payı nə qədər yüksək olarsa bütün başqa şərtlər eyni
olduqda məhsul buraxılışı çox, fondverimi göstəricisi isə yüksək olur. Ona görə də əsas
fondların strukturunun yaxşılaşdırılmasına istehsalın genişləndirilməsinin, məhsulun maya
dəyərinin aşağı salınmasının, müəssisələrin maliyyə ehtiyatlarının artırılmasının vacib şərti
kimi baxılır.
Əsas fonlarının strukturu istehsal sahələrinin müxtəlif müəssisələrində eyni deyildir.
Məsələn, əsas fonların ümumi dəyərində binaların xüsusi çəkisi yüngül və yeyinti
sənayesində, tikililər - yanacaq sənayesində, ötürücü qurğular - elektroenergetika, maşın və
avadanlıq - maşınqayırma kompleksinin müəssisələrində üstünlük təşkil edir.
Əsas istehsal fondlarının strukturuna müəyyən amillər təsir edir. Bu amillərə daxildir:
buraxılan məhsulun təyinatı; məhsul buraxılışının həcmi; xanikləşdirmə və avtomatlaşdırma
səviyyəsi; ixtisaslaşma və kooperasiyanın səviyyəsi; müəssisələrin yerləşdirilməsinin iqlim
və coğrafi şəraitləri.
Birinci amil binaların kəmiyyəti və dəyərinə, nəqliyyat vasitələrinin və ötürücü
qurğuların xüsusi çəkisinə təsir edir. Buraxılan məhsulun həcmi nə qədər çox olarsa,
mütərəqqi iş maşınları və avadanlığın xüsusi çəkisi bir o qədər yüksək olur.
Əsas istehsal fonları mütəmadi olaraq təzələnməlidir. Əsas fondların, xüsusilə də əmək
alətlərinin təzələnməsi və ən yeni texniki və elmi nailiyyətlər əsasında onların keyfiyyətinin
yaxşılaşdırılması əməyin texniki silahlanmasını yüksəldir, az məsrəflərlə yüksək keyfiyyətli
məhsul buraxılışının, əmək məhsuldarlığının artırılmasının və məhsulun maya dəyərinin
aşağı salınmasının başlıca şərtlərinə çevrilir.
Əsas fondların səmərəli idarəedilməsində onların əsaslandırılmış qaydada
qiymətləndirilməsinin böyük əhəmiyyəti vardır. Əsas fondların uçotu və planlaşdırılması
natural və dəyər ifadələrində aparılır. Əsas fondları natural ifadədə qiymətləndirmək üçün
maşınların sayı, onların məhsuldarlığı, gücü, istehsal sahələrinin ölçüsü və digər kəmiyyət
göstəriciləri müəyyən edilir. Bu məlumatlar müəssisələrin və sahələrin istehsal güclərinin
hesablanması, istehsal proqramının hazırlanması, avadanlığın məhsuldarlığının yüksəldilməsi
ehtiyatlarının müəyyən edilməsi, avadanlıq balansının tərtib edilməsi üçün istifadə olunur.
Bu məqsədlə avadanlıq inventarlaşdırılır və pasportlaşdırılır, onların sıradan çıxmasının,
yenilərinin istifadəyə verilməsinin uçotu aparılır. Əsas fondların pul və ya dəyər ifadəsində
qiymətləndirilməsi əsas fondların geniş təkrar istehsalının planlaşdırılması, aşınmasının
dərəcəsinin və amortizasiya ayırmalarının ölçüsünün, özəlləşdirmə həcminin müəyyən
edilməsi üçün zəruridir.
Əsas fondların qiymətləndirilməsinin bir neçə növü mövcuddur. Bu onların uzun
müddət istifadədə olması, istehsal prosesində tədricən aşınması, həmin dövr ərzində onların
təkrar istehsalı ilə əlaqədardır. Əsas fondlar əsasən ilk, bərpa və qalıq dəyərinə görə
qiymətləndirilir.
Əsas istehsal fondlarının ilk dəyərinə fondların əldə edilməsi, gətirilməsi və
111
quraşdırılması xərclərinin məbləği daxildir. Bu göstəricilər amortizasiya normasını və
amortizasiya ayırmaları ölçüsünü, müəssisə aktivlərinin mənfəətini və rentabelliyini,
onlardan istifadə göstəricilərini təyin etmək üçün tətbiq olunur.
Elmi-texniki tərəqqi əsas fondların istehsalı şərtlərinin və amillərinin dəyişilməsinə,
deməli, onların istehsal xərclərinin, cari bazar qiymətlərinin və tariflərinin dəyişilməsinə təsir
edir. Vaxt keçdikcə əsas fondlar müəssisənin balansında qarışıq qiymətlərlə, daha doğrusu,
onların yaradılması və ya əldə edilməsinin cari bazar qiymətləri ilə əks etdirilir. Belə çıxır ki,
müasir təsərrüfatçılıq şəraitində əsas fondların ilk dəyəri ilə qiymətləndirilməsi onların
istənilən tarixə həqiqi dəyərini real əks etdirmir. Ona görə də əsas fondların yenidən
qiymətləndirilməsi və onların vahid dəyər ölçülərinə gətirilməsi zərurəti yaranır. Bu
məqsədlə əsas fondların bərpa dəyərinə görə qiymətləndirilməsi lazım gəlir.
Bərpa dəyəri müasir şəraitdə əsas fonların təkrar istehsalına çəkilən xərcləri əks etdirir.
Bir qayda olaraq bərpa dəyəri əsas fondlar yenidən qiymətləndirilərkən müəyyən edilir. Əsas
fondların qiymətləndirilməsi hökumətin xüsusi qərarı ilə həyata keçirilir və belə bir tədbir
ölkəmizdə axırıncı dəfə 1 iyul 1996 - cı il tarixə “Azərbaycan Respublikasında əsas
vəsaitlərin (fondların) yenidən qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2 avqust 1996-cı il tarixli 99 saylı qərarı ilə aparılmışdır. Əsas fondların
yenidən qiymətləndirilməsi nəticəsində onların bərpa dəyəri kəskin şəkildə artır və bunun
nəticəsi kimi müəssisənin maliyyə-iqtisadi göstəriciləri pisləşir.
Dostları ilə paylaş: |