“maliYYƏ” fənnindən mühazirə mətnləri


MALIYYƏ PLANLAŞDIRILMASININ MAHIYYƏTI, MƏQSƏDI VƏ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə104/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   ...   157
Maliyyə muhazirələri yeni (1)

  
11.1.MALIYYƏ PLANLAŞDIRILMASININ MAHIYYƏTI, MƏQSƏDI VƏ 
VƏZIFƏLƏRI 
  
    İqtisadiyyat  əsas etibarilə  makroiqtisadi  planlar  əsasında  tənzimlənir.  Lakin  bununla 
kifayətlənmək  olmaz.  Çünki  makroiqtisadi  göstəricilər  müəssisələrin  fəaliyyətinin  nəticəsi 
kimi çıxış edir. Maliyyə planı müəssisənin iqtisadi və sosial inkişafı planın digər bölmələri 
əsasında  hazırlanır.  Öz  növbəsində  maliyyə  planının  hazırlanması  maya  dəyəri  planının 
formalaşmasına, maddi və digər resurslardan istifadə olunmasına əhəmiyyətli təsir göstərir. 
Maliyyə  planı  tərtib  edilərkən mövcud  istehsal  ehtiyatları  mütləq  nəzərə  alınmalıdır,  çünki 
həmin  planda  resurslardan  istifadənin  yaxşılaşdırılması,  istehsalın  rentabelliyinin 
yüksəldilməsi üzrə tapşırıqlar müəyyən edilir. Ona görə də maliyyə planını tərtib etməzdən 
əvvəl  istehsal  planının  yerinə  yetirilməsi  üzrə  hesabat  və  digər materialları  hərtərəfli təhlil 
etmək  lazımdır.  Planlarda  həm  həcmlə  ifadə  olunan  göstəricilər,  həm  də  plandakı 
göstəricilərin  yerinə  yetirilməsi  üçün  tədbirlər  nəzərdə  tutulmalıdır.  Planlar  sahibkarlığı, 
rəqabəti, maliyyə və valyuta balanslarını, sosial müdafiə məsələlərini və s. əhatə etməlidir. 
Eyni  zamanda  müəssisənin  maliyyə  planında  bazarın  bütün  xüsusiyyətləri,  o  cümlədən 
bazarın konyukturası öz əksini tapmalıdır.  
  Bazar  konyukturasını  öyrənmək  üçün  müəssisə  marketinq  xidmətindən  istifadə 
etməlidir.  Bazarda  təklifi  öyrənmək,  istehlakçıların  tələbatını  müəyyən  etmək  lazımdır. 
Qiymətləri proqnozlaşdıran zaman mütləq inflyasiya səviyyəsi nəzərə alınmalıdır. İnzibati - 
amirlik  dövründən  fərqli  olaraq,  bazar  iqtisadiyyatına  keçid  şəraitində  maliyyə  planları 
yuxarı  təşkilatlardan  verilən  direktivlər  əsasında  tərtib  olunmur.  Müəssisələr  özləri  sərbəst 
qaydada öz maliyyə planlarını tərtib edirlər. Müəssisə özü müəyyən edir: nə istehsal etməli; 


115 
 
 
 
kimə  satmalı,  necə  və  hansı  həcmdə  məhsul  istehsal  etməli.  Müəssisənin  maliyyə  planı 
bazarda  tələb  və  təklifə  əsaslanmalıdır.  Müəssisə  qarşısında  ancaq  bir  vəzifə  durur:  yüksək 
səmərəyə  nail  olmaq,  daha  çox  mənfəət  əldə  etmək.  Buna  isə  ancaq  material,  pul  və  s. 
vəsaitlərdən  qənaətlə  və  səmərəli  istifadə  etməklə  nail  olmaq  olar.  Beləliklə,  yüksək 
keyfiyyətdə  tərtib  olunmuş  istehsal  və  maliyyə  planları  vasitəsilə  müəssisə  öz  istehsal  - 
maliyyə  fəaliyyətini  idarə  edə  bilər.  Təsərrüfat  hesabı  prinsipi  ilə  fəaliyyət  göstərən 
müəssisələr bazarın konyukturasına əsaslanan dəqiq hesablamalar əsasında cari maliyyə planı 
tərtib  edirlər.  Lakin  müəssisə  proqnozlaşdırma  əsasında  perespektiv  üçün  özünün  maliyyə 
fəaliyyətini  də  müəyyənləşdirməlidir.  İstehsal-kommersiya  fəaliyyəti  ilə  məşğul  olan 
müəssisələr  maliyyə  planını  gəlirlər  və  xərclər  balansı  formasında  tərtib  edirlər.  Maliyyə 
planını  müəssisənin  maliyyə  xidməti  onun  istehsal,  satış,  təchizat,  sosial  sahə  və  s. 
istiqamətlərdə  fəaliyyətini  əhatə  edən  hesablamalar  əsasında  tərtib  edir.  Müəssisənin 
fəaliyyətinə dair düzgün və təkrar hesablamalar əsasında onun son iş nəticələri (mənfəət və 
ya zərər) dəqiq müəyyən edilməlidir.   
İstehsal-kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  müəssisələrin  maliyyə  planı  il  üçün 
(rüblərə  bölünməklə)  dörd  bölmədən  ibarət  tərtib  olunur.  Maliyyə  planının  “Gəlirlər  və 
vəsaitlərin  mədaxili”  adlanan  birinci  bölməsində  mənfəət,  amortizasiya  ayırmaları, 
müəssisənin digər daxili mənbələri hesabına gəlir, eləcə də kənar mənbələrdən müxtəlif növ 
mədaxil  əks  etdirilir.  Mənfəətin  tərkibində  əsas  hissəni  əmtəəlik  məhsulun  satışından  əldə 
edilən  mənfəət  təşkil  edir.  Müəssisənin  balans  mənfəətinə  sair  məhsulun  və  qeyri-sənaye 
xarakterli xidmətlərin satışından əldə edilən mənfəət də daxildir. Amortizasiya ayırmalarının 
planlaşdırılması müəssisənin  balansında  olan  əsas  fondların  hər  bir  növü  və  ya  qrupu üzrə 
həyata  keçirilir.  Amortizasiya  ayırmalarının  məbləği  həmin  fondların  orta  illik  dəyərini 
amortizasiya  ayırmalarının  müvafiq  normasına  vurmaqla  müəyyən  edilir.  “Xərclər  və 
ayırmalar”  adlanan  ikinci  bölmədə  mərkəzləşdirilmiş  kapital  qoyuluşları,  əsaslı  təmir  üçün 
xərclər,  xüsusi  dövriyyə  vəsaitləri  normativinin  artımı  üçün  xərclər,  mənzil  -  kommunal 
təsərrüfatının  istismarından  dəyən  zərərlər,  binaların  və  qurğuların  saxlanması  xərcləri, 
iqtisadi  həvəsləndirmə  fondlarının  yaradılmasına  ayırmalar,  kadrların  hazırlanması,  yeni 
texnika  -  texnologiyanın  yaradılması  və  tətbiqi  üçün  işçilərin  mükafatlandırılması,  maliyyə 
yardımının  göstərilməsi  üçün  xərclər,  digər  xərclər  və  ayırmalar  daxildir.  Üçüncü  bölmə 
“Bank  idarələri  ilə  qarşılıqlı  əlaqə”  adlanır.  Bu  bölmədə  müəssisənin  aldığı  kreditlər, 
kreditlərin silinməsi və istifadə olunmuş kreditlər üçün ödənilən faizlər göstərilir. Bu bölmə 
planlaşdırılan zaman müəssisənin və onun tərkibinə daxil olan bölmələrin səmərəli istehsal - 
təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün cəlb olunan uzunmüddətli kreditlərin növlər üzrə 
məbləği  hesablanır.  Kommersiya  banklarından  götürülən  kredit  istehsalın  inkişafı  və  digər 
fondlar hesabına işlər başa çatdıqdan sonra ödənilir. Əgər vəsait çatışmazsa, kredit hesabına 
həyata  keçirilmiş  tədbirlərdən  əldə  edilən  mənfəət  hesabına  ödənilir.  Kommersiya  bankları 
həm  qısamüddətli,  həm  də  əsaslı  tikinti  üçün  uzunmüddətli  kreditləri  verir.  Kapital 
qoyuluşlarının  təmənnasız  (əvvəllər  olduğu  kimi)  maliyyələşdirilməsi  əvəzinə  bank 
kreditlərindən istifadə edilməsi müəssisələrin məsuliyyətini artırır, xərclərin iqtisadi cəhətdən 


116 
 
 
 
məqsədəuyğunluğunun  daha  ətraflı  əsaslandırılmasını  və  vəsaitlərə  həqiqi  tələbatın  təyin 
edilməsində  daha  real  yanaşmanı  tələb  edir,  kapital  qoyuluşlarının  sürətləndirilməsində 
maraq yaradır. Maliyyə planının dördüncü bölməsi (“Müəssisələrin büdcə və büdcədənkənar 
fondlarla  qarşılıqlı  əlaqəsi”)  2  hissədən  ibarətdir.  Birinci  hissədə  müəssisənin  büdcəyə 
ödəyəcəyi  vergilər,  məsələn,  mənfəətə  qoyulan  vergi,  ƏDV,  aksizlər,  suya  görə  haqq, 
büdcədənkənar  fondlara  ayırmalar  və  s.  göstərilir.  Maliyyə  planının  dördünjü  bölməsinin 
ikinji hissəsində isə büdcədən təxsisatlar (kapital  qoyuluşları və s.) göstərilir. Müəssisələrin 
büdcə ilə qarşılıqlı əlaqələri təyin edilərkən tədiyyələrin (istehsal fondları üçün haqq, qeyd 
olunmuş  tədiyyələr,  mənfəətin  sərbəst  qalığı,  vergilər)  və  bütünlükdə  və  ayrı  -  ayrı 
istiqamətlər  üzrə  büdcədən  təxsisatların  həcmləri  hesablanır.  Hazırda  müəssisənin 
mənfəətinin  bölüşdürülməsinin  ümumi  qaydası  mövcuddur  ki,  bu  da  büdcə  ilə  qarşılıqlı 
münasibətlərin xarakterini təyin edir. Müəssisənin maliyyə planı balansın üçünjü və dörjünjü 
bölmələri vasitəsilə tarazlaşdırılır.   
Maliyyə planının gəlirləri və xərclərini maddələr üzrə aşağıdakı kimi göstərmək olar:  
I.“Gəlirlər və vəsaitlərin mədaxili” bölməsinə aşağıdakılar daxildir:  
 1.Məhsulun, işlərin və xidmətlərin satışından mənfəət.   
 2.Sair satışdan (əsas vəsaitlərin, digər aktivlərin satışı) mənfəət.  
 3.Planlaşdırılan  satışdankənar  gəlirlər,  o  cümlədən:  -  digər  müəssisələrin  nizamnamə 
kapitalında payçı kimi iştirakdan gəlir;  - banklarda və digər maliyyə - kredit təşkilatlarında 
depozit  hesablarında  pul  vəsaitlərinin  saxlanılmasından  əldə  edilən  gəlirlər;  -qiymətli 
kağızlardan əldə edilən gəlirlər; -əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlər.   
4. Əsas fondların və qeyri-material aktivlərin tam bərpası üçün amortizasiya ayırmaları.   
5.Digər müəssisələrdən vəsaitlərin mədaxili.   
II. “Xərclər və vəsait ayırmaları” bölməsi üzrə aşağıdakılar əks olunur:   
1.Mənfəətdən ödənilən vergilər (vergilərin növləri üzrə).   
2.Xalis mənfəətin bölüşdürülməsi, o cümlədən: - yığıma (istifadənin istiqamətləri üzrə); 
-istehlaka (istifadənin istiqamətləri üzrə).   
3. 
Uzunmüddətli investisiyalaşdırma (investisiyaların formaları üzrə), o cümlədən; 
-amortizasiya ayırmaları hesabına; maliyyələşdirmənin digər mənbələri hesabına (mənbələrin 
növləri üzrə).   
4. 
Sair xərclər.   
Plan  tərtib  edilərkən  kapital  qoyuluşlarının  maliyyə  mənbələrinin  düzgün 
hesablanmasına  xüsusi  diqqət  verilir.  Maliyyələşdirmə  mənbələri  yaranmasının  xarakterinə 
görə  dörd  qrupa  bölünür:  tikintinin  daxili  resursları,  əsas  (sənaye)  fəaliyyətdən  vəsaitlər, 
büdcədən  təxsisatlar  və  bankın  uzunmüddətli  kreditləri.  Kapital  qoyuluşlarının 
maliyyələşdirilməsinin  plan  tələbatı  ilk  növbədə  təsərrüfat  üsulu  ilə  həyata  keçirilən  əsaslı 
tikintinin daxili resurslarının, əsas fondların bərpasına yönəldilən amortizasiya məbləğləri və 
əsas  fəaliyyətdən  əldə  edilən  mənfəətin  bir  hissəsinin  cəlb  edilməsi  hesabına  təmin 
olunmalıdır.  Fəaliyyətdə  olan  istehsalın  texnika  ilə  yenidən  təchiz  edilməsinə  yönəldilən 
istehsalın  inkişafı  fondu  və  sosial  -  mədəni  tədbirlər  və  mənzil  tikintisi  fondu  (mənzil 


117 
 
 
 
fondunun 
tikintisinə 
sərf 
edilən 
hissə) 
müəssisənin 
kapital 
qoyuluşlarının 
maliyyələşdirilməsinin əsas mənbəyi hesab olunur. Digər xərclərin və ayırmaların ödənilməsi 
mənbəyi  kimi  müəssisənin  mənfəətindən  istifadə  olunur.  Müasir  şəraitdə  dövriyyə 
vəsaitlərinin iqtisadi  əsaslandırılmış  normativlərinin  müəyyən  edilməsinə  xüsusi əhəmiyyət 
verilir. Çünki dövriyyə vəsaitlərinin ayrı - ayrı maddələri üzrə plan normativlərinin müəyyən 
edilməsi istehsalın fasiləsiz və ahəngdar işini təmin edir. Maliyyə planının tərtib edilməsində 
olduqca vacib məsələ maddi mükafatlandırma fondunun, sosial - mədəni tədbirlər və mənzil 
tikintisi  fondunun,  eləcə  də  istehsalın  inkişafı  fondunun  ölçülərinin  müəyyən  edilməsidir. 
Kommersiya fəaliyyətini həyata keçirən müəssisələrdə mənfəət, vergilər, dövriyyə vəsaitinin 
təşkili və istifadəsi, investisiya siyasəti və s. digər əlaqəli məsələlərin həlli əsasında biznes - 
plan hazırlanır.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin