119
gəlirinin artırılmasının etibarlı vasitəsidir. Yaxşı tərtib edilmiş, elmi cəhətdən əsaslandırılmış
biznes - plan kommersiya işinin iştirakçıları olan təsisçi - mülkiyyətçilərə, partnyorlara və
həmkarlara, investorlara, banklara, dövlət və inzibati orqanlara çox gərəklidir. Biznes - plan
məntiqlilik, reallıq, perspektivlilik və səmərəlilik nöqteyi - nəzərdən bütün iştirakçılara
sahibkarlıq fəaliyyətinin təhlili və qiymətləndirilməsi üçün kifayət qədər informasiya verir.
Cari fəaliyyətin biznes - planı üç hissədən ibarətdir:
1.Biznesin izahlı təsviri (marketinq və istehsal bölmələri).
2.Maliyyə məlumatları (balans, maliyyə planı, investisiyaların strategiyası, kreditlərin
əmtəə - material təminatı, sığorta və rentabelliyin hesablanması).
3.Qoşma sənədlər (təşkilati və hüquqi planlar, təsis sənədləri, kontraktların,
lisenziyaların sürətləri və s.).
Biznes - plan kommersiya işinin texniki - iqtisadi əsaslandırılmasıdır. Onun
işlənməsinin başlıca vasitəsi smeta planlaşdırılmasıdır. Smeta qarşıdakı dövrdə müəssisənin
ətraflı hərəkətlər proqramını müəyyən edən haqq - hesab formasıdır.
Smetaların tərtibinin əsas məqsədləri bunlardadır:
- cari və perspektiv planların əlaqələndirilməsində;
- müəssisənin müxtəlif bölümlərinin fəaliyyətinin koordinasiya edilməsində;
- istehsalın ümumi məqsədlərinin detallaşdırılmasında və onların müxtəlif məsul
işçilərə, o cümlədən bölmə rəhbərlərinə çatdırılmasında;
- istehsalın idarə edilməsində və ona nəzarət olunmasında;
- müəssisənin işçilərinin və rəhbərlərinin yaradıcı, məhsuldar əməyinin nəticələrinə görə
həvəsləndirilməsində;
- təsərrüfat fəaliyyətinin gələcək parametrlərinin müəyyən edilməsində;
- mütəmadi olaraq cari hərəkətləri, cari addımları planla tutuşdurulmasında,
kənarlaşmaların və qeyri - qənaətbəxş işin səbəblərinin araşdırılmasında.
Smetalar tərtib olunarkən normativ, hesablama - analitik, balans, optimallaşdırma və
modelləşdirmə metodlarından istifadə olunur.
Dostları ilə paylaş: