121
2.Cari hesablar-hüquqi şəxs olmayan qeyri- kommersiya idarə və təşkilatları üçün açılır.
Cari hesab üzrə əməliyyatların siyahısı xeyli məhduddur və cari hesabdakı vəsaitlərə yalnız
təsdiq edilmiş smetaya ciddi surətdə əməl etməklə sərənjam vermək olar.
3. Xüsusi hesab-ciddi məqsədli təyinatlı vəsaitlərin saxlanılması üçün tətbiq edilir.
4. Valyuta hesabları-xarici valyutalarla hesablaşmaları həyata keçirmək üçün tətbiq
edilir.
Müəssisə tərəfindən bu hesablar valyuta əməliyyatlarının aparılmasına dair lisenziyası
olan banklarda açılır. Hesablar istənilən azad dəyişdirilə bilən valyutada və həm də hər bir
valyuta növünə ayrıca hesab açılmalıdır. Valyuta qanunvericiliyinə uyğun olaraq
müəssisələrə valyuta hesabı ilə yanaşı həm də tranzit hesab da açılır ki, bu hesaba valyuta
daxil olmaları keçirilir. Tranzit hesabdan valyuta gəlirlərinin qalığı müəssisənin valyuta
hesabına daxil edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 966-cı maddəsi hesab
əməliyyatlarının lazımınca aparılmamasına görə bankın məsuliyyətini nəzərdə tutur. Bankın
məsuliyyəti əsasən Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və
miqdarda faizlər ödəməkdən ibarətdir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq
hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir.
Dostları ilə paylaş: