82
proporsiyalar yaranır, ayrı-ayrı əmtəə istehsalçıları, təsərrüfat subyektləri və dövlət mənafei
bir-biri ilə optimal surətdə əlaqələndirilir.
Nəzarət funksiyasının obyektiv əsası-əmtəələrin istehsalına və reallaşmasına (işlərin
görülməsinə və xidmətlər göstərilməsinə) çəkilən xərclərin uçotundan, gəlirlərin və pul
fondlarının formalaşması və bölgüsü zamanı zəruri qaydalarla əməl edilməsinə nəzarət
edilməsindən ibarətdir. Bu funksiya təklikdə yox, bölgü funksiyası ilə birlikdə həyata keçirilir.
Bölgü funksiyası kimi maliyyə nəzarəti funksiyası da təkrar istehsal prosesinin
maliyyələşdirilməsini müxtəlif mənbələr hesabına təmin edir, bununla da təkrar istehsalın bütün
fazalarının (istehsal, bölgü, mübadilə və istehlakı) bir vəhdət şəklində birləşməsinə şərait
yaradır. Lakin istehsal prosesində yaranmış və məhsulun reallaşdırılması nəticəsində əldə
edilmiş gəlirdən artıq bölüşdürmək, yaxud istifadə etmək olmaz. Ona görə də təsərrüfatçı
subyektin öz təsərrüfatını inkişaf etdirmək imkanları məhz bu gəlirin kəmmiyəti ilə müəyyən
olunur. Yeni yaradılmış dəyərin bölüşdürülməsinə hərtərəfli iqtisadi maraq olduğundan,
təsərrüfat subyektinin fəaliyyətinə maliyyə nəzarəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:
- bilavasitə təsərrüfat subyektinin maliyyə göstəricilərini təhlil edərkən, əmtəə-material
dəyərlərinin sahibkarları, məhsul istehlakçıları, dövlət, bank və başqa kontragentlər
qarşısındakı təəhhüdlərin yerinə
yetirilməsinə operativ nəzarət;
- vergi orqanları tərəfindən vergilərin və başqa tədiyələrin tam və vaxtında ödənilməsinə
nəzarət;
- kommersiya bankları kredit verərkən və ödəyərkən, digər bank xidmətləri
göstərilərkən; müstəqil auditor şirkətləri tərəfindən auditor yoxlamaları həyata keçirilərkən.
Müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin mənfəətlə və ya zərərlə nəticələnməsi
onların işinin təşkilində nə dərəcədə müsbət meyllər və çatışmamazlıqlar olduğunu göstərir.
Onlarda maliyyə münasibətləri bir sira prinsiplər əsasında qurulur: təsərröfat müstəqilliyi,
özünümaliyyələşdirmə, maddi maraq, maddi məsuliyyət və maliyyə ehtiyatları ilə təmin
olunmaq zərurəti.
1.Təsərrüfat müstəqilliyi prinsipi başqa sahələrdə olduğu kimi malliyə sahəsində də
müəyyən təsərrüfat subyektinin hansı mülkiyyət formasında olmasına baxmayaraq, bütün
hallarda öz məsrəflərini, maliyyələşdirmə mənbələrini, pul vəsaitlərinin sərfəli qoyuluşu
istiqamətlərini öz məsrəfini öz təşəbbüsü ilə müəyyənləşdirməsi deməkdir. Bazar
münasibətlərinə kеçid müəssisə və təşkilatların maliyyə müstəqilliyini daha da genişləndirir.
Indi respublikamizda müəssisə və təşkilatlar əlavə mənfəət əldə etmək məqsədilə qısa və
uzun müddətli investisiya həyata keçirə bilmək üçün digər təsərrüfat subyektinin qiymətli
kağızlarını almaq, onların nizamnamə kapitalının formalaşmasında iştirak etmək, pul
vəsaitlərini kommersiya banklarının depozit hesabına saxlamaq və s. kimi tədbirlərə
əl atmaq
imkanı əldə etmişlər.
Lakin müəssisə və təşkilatların müstəqilliyindən danışarkən, bu anlayışı mütləqləşdirmək,
onların fəaliyyətinin müəyyən nəzarətin həyata keçirilməsinin zəruriliyini unutmaq səhv olardı.
Məsələn, müxtəlif mülkiyyət formalarında olan müəssisə və təşkilatlar mövcud qanunlarа əsasən
müəyyən vergi verməli, büdcədənkənar fondların yaradılmasında iştirak etməlidirlər.
83
2.Özünümaliyyələşdirmə prinsipinin reallaşdırılması sahibkarlıq fəaliyyətininin əsas
şərtlərindən biri olmaqla, təsərrüfat subyektinin rəqabət qabiliyyətli olmasını təmin edir. Bu
prinsip müəssisə və təşkilatların istehsal etdikləri və reallaşdırdıqları məhsul və xidmətlərin bütün
xərclərinin öz vəsaiti hesabına ödənilməsini, investisiya üçün xüsusi pul vəsaitlərindən, lazım
gəldikdə isə bank və kommersiya kreditlərindən istifadə edilməsini nəzərdə tutur.
Təsərrüfat fəaliyyəti nəticəsində mənfəət əldə edə bilməyən, lakin istehlakçılar üçün
lazımi məhsul buraxan və xidmət göstərən bir sıra xalq təsərrüfatı sahələrindəki müəssisələr
(məs. şəhər sərnişin nəqliyyatı, mənzilkommunal təsərrüfati, bəzi müəssisələr) müəyyən
şərtlər əsasında büdcədən maliyyələşdirilir.
3.Maddi maraq prinsipi – sahibkarlıq fəaliyyətinin əsası olub təsərrüfat subyektinin
müəyyən mənfəətlə işləməsini nəzərdə tutur. Bu şərt ödənilmədikdə, işgüzarlıq fəaliyyəti öz
mə’nasını itirmiş olur. Həmin prinsip istər müəssisə və
təşkilatlar üçün bütövlükdə, istərsə də
onların ayrı-ayrı işçiləri üçün vacib şərtdir. Onun reallaşması layiqli əmək haqqı alınması,
dövlətin optimal vergi siyasəti yürütməsini, xalis gəlirin iqtisadi cəhətdən əsaslandırılmış
nisbətdə istehlak ilə yığım arasında bölüşdürülməsini tələb edir.
4.Maddi məsuliyyət prinsipi – özünü maliyyə - təsərrüfat fəaliyyətinin müsbət
nəticələnməsi üçün bütün işçilərin müəyyən məsuliyyət sisteminə tabe olması zərurəti
şəklində təzahür edir. Bu prinsipin xüsusiyyəti ondan ibarətdir ki, onun reallaşmasının
maliyyə metodları müxtəlif təsərrüfat subyektləri (müəssisə rəhbərləri və ayrı-ayrı işçilər)
üçün bir-birindən fərqlənir. Məs: təsərrüfat subyektləri tərəfindən müqavilə şərtlərinin (vaxta,
məhsulun keyfiyyətinə görə və s.) pozulması, qisamüddətli və uzunmüddətli ssuda
borclarının vaxtında qaytarılmaması, veksellərin mövcud şərtlərə uyğun qaydada
ödənilməməsi, vergi qanunvericiliyinin pozulması və s. görə peniyalar, cərimə ödəməyə
məcbur edilməsi, səmərəsiz fəaliyyət göstərən təsərrüfat subyektlərinə qarşı müflisləşmə
qaydasının tətbiqi və s. şəklində tənbeh tətbiqinə səbəb olur. Müəssisələrin və təşkilatların
rəhbərləri üçün maddi mə`suliyyət prinsipinin pozulması cərimələr sisteminin tətbiq
edilməsinə, ayrı-ayrı işçilərin həmin mə`suliyyəti pozması isə onların yol verdikləri
pozuntulara müvafiq şəkildə cərimə olunmasına, mükafatdan məhrum edilməsinə, yaxud zay
məhsul istehsal etdikdə işdən azad olunmasına səbəb ola bilər.
5.Maliyyə ehtiyatları ilə təmin olunmaq prinsipi
– sahibkarlıq fəaliyyətini bazar
iqtisadiyyatı şəraitində çox zaman müşaiət edən risklə əlaqədar olaraq müəyyən maliyyə
ehtiyatlarının və başqa oxşar fondların yaradılması zərurətini göstərir. Daim rəqabət,
uduzmaq təhlükəsi şəraitindən ibarət olan bazar münasibətləri sahibkarın öz işlərini öz
təşəbbüs qabiliyyəti və riski əsasında görməsini nəzərdə tutur. Məs: iqtisadi mübarizə
şəraitində təsərrüfat subyektinin müəyyən maliyyə ehtiyatının olub-olmaması onun iqtisadi
taleyi üçün həlledici rol oynaya bilər.
Dostları ilə paylaş: