Ondan sonra ümmətin Əliyə (ə) qarşı çıxması haqda Peyğəmbərin (s) xəbəri Sonra Peyğəmbər (s) Fatiməyə, ərinə və iki oğluna baxıb dedi: “Ey Sal-
man, Allahı şahid tuturam ki, bunlarla savaşanla savaşdayam, bunlarla sülhdə
olanlarla sülhdəyəm. Həqiqətən də onlar mənimlə birgə cənnətdədirlər.
Sonra Peyğəmbər (s) üzünü Əliyə (ə) tutub dedi: “Ey Əli, məndən son-
ra Qüreyşdən şiddət görəcəksən, onlar sənə qarşı çıxacaq və zülm edəcəklər.
Əgər onlara qarşı yardımın olsa, onlarla mübarizə apar və sənə qarşı çıxanlarla
yardımçılarınla birgə savaş. Əgər yardımın olmasa, səbr elə, mübarizədən im-
tina et, özünü təhlükəyə atma. Sənin mənə olan nisbətin Harunun Musaya olan
nisbəti kimidir. Harunda sənin üçün gözəl nümunə var. Həqiqətən də o qardaşı
Musaya dedi: “Qövmüm məni zəifl ətdi və az qaldı ki, məni öldürsünlər”.