Ümmətin ixtilafı İlahi imtahandır Ey Əli, Allah elə bir rəsul göndərmədi ki, ona qövmündən bir dəstə
istəyərək, bir dəstə də istəmədən təslim olmasınlar. Sonra Allah, istəmədən
təslim olanları istəyərək təslim olanların üzərinə müsəllət etdi və onlarla savaş-
dılar ki, mükafatları daha əzəmətli olsun.
Ey Əli, hər bir peyğəmbərdən sonra ümmətlər arasında çıxan ixtilafl arda
batil əhli haqq əhlinə üstün gəlib. Uca Allah bu ümmət arasında da ixtilafl arın
olacağına hökm edib. Əgər Allah istəsəydi onları hidayət üzərinə cəm edərdi, ta
ki, məxluqlarından iki nəfər bir-birilə əsla ixtilaf eləməz, onun əmrləri barədə
heç vaxt münaqişəyə düşməz və rəyət əhli əsla fəzilət sahibinin öz üzərindəki
fəzilətini danmazdı. Əgər Allah istəsə intiqamını tezləşdirər, hökmünə
dəyişiklik edər və nəticədə zalım inkar olunar, haqq bilinər və haqqın harada
olduğu əyan olar. Lakin dünyanı əməl evi, axirəti isə qərar yeri etmişdir. Belə
ki, “Allah pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə