Saleh səhabələr arasında Səqifə gecəsi baş verənlər İçimdəkilərə güclə səbr edirdim. Gecə düşdükdə məscidə tərəf çıxdım.
Ora çatdıqda Peyğəmbərin (s) Qurandan dodaqaltı oxuduqlarını xatırladım.
Yerimdən qalxıb Bəni-Bəyazə tərəfə yollandım. Bir nəfərin minacat elədiyini
gördüm. Onlara yaxınlaşdıqda susdular. Çevrilib getdim. Onlar məni tanıdı-
lar, lakin mən onları tanımadım. Məni çağırdılar, onlara yaxınlaşdım. Bunlar
Miqdad, Əbu Zərr, Salman, Əmmar ibn Yasir, Ubadə ibn Samit, Hüzeyfə ibn
Yəmani və Zübeyr ibn Əvvam idilər. Hüzeyfə dedi: “And olsun Allaha, onlar
mənim sizə xəbər verdiklərimi edəcəklər. Vallahi, yalan söyləmirəm”.
Bir dəstə məsələni mühacir və ənsar arasında şuraya qaytarmaq istəyirlər.
Hüzeyfə dedi: “Gəlin Ubey ibn Kəbin yanına gedək. O da mənim bildiklərimi
bilir”.
Ubey ibn Kəbin yanına getdik, qapısını döydük. Çıxıb qapının arxasında
dayandı və dedi: “Siz kimsiniz?”. Miqdad səsləndi. Ubey dedi: “Nə lazımdır?”.
Miqdad dedi: “Qapını aç, buraya bizi gətirən məsələ qapı arxasında danışılası
deyil”. Dedi: “Qapını açmayacağam. Nə üçün buraya gəldiyinizi bilirəm. Siz
bu məsələ ilə bağlı mənim nəzərimi öyrənmək istəyirsiniz”.
Dedik: “Bəli”. Dedi: “Hüzeyfə də aranızdadır?” “Bəli” dedik. Ubey dedi:
“Mənim sözlərim elə Hüzeyfənin sözləridir. Bütün bu baş verənlər bitmədikcə
mən qapını heç kəsə açmayacağam. Ondan sonra olacaqlar isə bundan daha
pisdir. Bütün şikayətlər Allahadır”.
Biz qayıtdıq. Ubey ibn Kəb isə evinə girdi.