Ali-Muhəmmədin sirləri
19
HƏDİS 3
Bərra ibn Azibin dilindən Səqifə hadisəsi
Süleym
deyir ki, Bərra ibn Azibin belə dediyini eşitdim: “Peyğəmbər (s)
həyatda olarkən də, onun vəfatından sonra da Bəni-Haşimi olduqca çox sevirdim.
Allahın elçisinə (s) qüsl verilməsi
Peyğəmbər (s) vəfat edərkən Əlidən (ə) başqasının ona qüsl verməməsini
tapşırdı. Çünki ondan başqası onun övrətini əsla görməməli idi. Əgər
bir şəxs
onun övrətini görsəydi, mütləq gözləri kor olardı.
Əli (ə) dedi: “El Allahın rəsulu, səni qüsl edərkən mənə kim yardım
edəcək?” Buyurdu: “Mələklərdən bir ordu ilə Cəbrail”.
Əli (ə) Peyğəmbərə (s)
qüsl verir, Fəzl ibn Abbas gözləri bağlı vəziyyətdə
onun üçün su tökür mələklər isə onu lazım olan tərəfə çevirirdilər. Əli (ə)
Peyğəmbərin (s) köynəyini çıxarmaq istədikdə bir səs ucadan səsləndi: “Ey Əli,
Peyğəmbərinin köynəyini çıxarma”. Əli əlini köynəyin altına salıb onu yudu,
sonra hənut vurarkən və kəfənləyərkən köynəyini çıxardı.
Dostları ilə paylaş: