Ali-Muhammedin sirleri indd


Səqifə əhlindən Əhli-Beyt (ə) üçün gözlənilməz addım



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə20/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   16   17   18   19   20   21   22   23   ...   410
Ali-Muhemmedin sirleri

Səqifə əhlindən Əhli-Beyt (ə) üçün gözlənilməz addım
Bərra ibn Azib deyir: “Peyğəmbər (s) vəfat etdikdə Qüreyş bu işin Bəni-
Haşimdən alınmasına qarşı çaxacaqlarından qorxdu.
Camaat yaşlı səhabəyə beyət etdikdə məni Peyğəmbərin (s) vəfatına görə 
övladını itirən şəxs kimi hüzn və kədər boğdu.
İnsanların üzünə tərəddüdlə baxmağa başladım. Haşimilər Peyğəmbərin (s) 
qüslü və hənutlanması ilə məşğul idilər. Bu zaman Səd ibn Ubadənin və onu 
cahillikdə izləyən yoldaşlarının sözləri mənə çatdı. Bundan sonra mən onlarla 
oturmadım və bu işin axırının yaxşı olmayacağını anladım.
Məscidlə onların arasında gedib-gəlir, Qüreyşin üzünə baxırdım. Sonra bir 
anda yaşlı  səhabəni və  Səhhakın oğlu gözdən itirdim. Bir müddət sonra iki 
şeyxi və Əbu Ubeydənin Yəmən geyimində gəldiklərini gördüm. Onlar bir topa 
şəklində dayanmış və yanlarından keçənlərə müraciət edirdilər. Onu tanıdıqları 
zaman həmin şəxsin istəyib-istəmədiyindən asılı olmayaraq əlini uzadıb yaşli 
səhabənin əlinə tərəf çəkir və yaşlı səhabənin əlinə sürtürdülər.


20
Suleym ibn Qeys Hilali
Ağlım bundan narahatlıq keçirib inkar etməyə başladı və bunlar Peyğəmbərin 
(s) müsibətilə bərabər baş verirdi. Tez çıxıb məscidə, sonra da Bəni-Haşimin 
yanına gəldim. Qapı içəridən bağlı idi. Qapını  nəzakətlə döyüb dedim: “Ey 
Əhli-Beyt!”. Fəzl ibn Abbas çıxdı, ona dedim: “Camaat yaşlı səhabəyə beyət 
edir”. Abbas dedi: “Əlləriniz zamanın sonunadək bununla kirləndi. Amma mən 
sizə demişdim, siz isə mənə qarşı çıxdınız”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin