Ali-Muhammedin sirleri indd


Səqifə əhlinin Abbası xilafət məsələsində dilə tutmağa



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə22/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   18   19   20   21   22   23   24   25   ...   410
Ali-Muhemmedin sirleri

Səqifə əhlinin Abbası xilafət məsələsində dilə tutmağa 
çalışmaları
Dedi: Xəbər iki şeyxə çatdı.  Əbu Ubeydə ibn Cərrahın və Muğeyrə ibn 
Şöbənin yanına gəlib  fi kirlərini soruşdular. Muğeyrə ibn Şöbə dedi: “Fikrim 
budur ki, Abbas ibn Əbdül-müttəliblə görüşəsiniz, ona da bu məsələdə bir pay 
ayırasınız ki, həm özü, həm də ardınca gələnləri üçün nəsibi olsun. Bəlkə bu-


Ali-Muhəmmədin sirləri
21
nunla onu Əli ibn Əbu Talibin yanında olmaqdan çəkindirəsiniz. Əgər Abbas 
ibn Əbdül-müttəlib sizinlə birgə olsa, bu, insanlara bir dəlil olacaq, işiniz asan-
laşacaq və Əli ibn Əbu Talib tək qalacaq”.
Peyğəmbərin (s) vəfatının ikinci gecəsində onların dördü də Abbas ibn 
Əbdül-müttəlibin yanına gəldilər. 
Yaşlı səhabə sözə başlayıb Allaha həmd-sənalar söylədi. Sonra dedi: “Al-
lah Muhəmmədi sizə peyğəmbər və möminlərə də mövla göndərmişdir. Onla-
rın arasında olmaqla Allah ehsan etmişdir. Sonra da Allah onu öz yanına ça-
ğırmış, insanlara isə özləri üçün məsləhətli, barəsində müttəfi q olub, ixtilafa 
düşməyəcəkləri bir şəxsi seçməyi tapşırmışdır. Onlar da məni vəli və öz işləri 
üçün başçı seçmişlər. Mən də bunu üzərimə götürməyə razılıq vermişəm. Alla-
hın yardımı ilə nə zəifl iyim, nə acizliyim və nə də ki, qorxaqlığım var. Bu işdəki 
uğurum yalnız Allahdan asılıdır.
Lakin hələ də bir narazı var ki, camaatın sözünün əksinə danışır, sizi özünə 
sığınacaq bilir, siz də ona və onun bu sözlərinə bir qoruyucu qala olursunuz. 
İndi siz, camaatın üzərinə müttəfi q  olduqlarını  qəbul edirsiniz, ya da onla-
rın meyl etdiklərinə arxa çevirirsiniz? Biz yanına gəlməklə bu işdə  sənin və 
səndən sonra gələnlərin də bir payının olmasını istəyirik. Sən Peyğəmbərin (s) 
əmisisən. İnsanlar sənin və yoldaşlarının məqamını bildikləri üçün bu məsələni 
sənə ərz etməyi məsləhət bildilər”.
Səhhakın oğlu: “Allaha and olsun, ey Bəni-Haşim, bu, ciddi məsələdir. 
Həqiqətən də Peyğəmbər bizdən və sizdəndir. Biz öz hacətimiz üçün sizin yanını-
za gəlmədik. Lakin müsəlmanların barəsində icma etdikləri bir şəxs haqda nara-
zılıq yaradılması bizi məcbur elədi. Sizin və onların üzərini alacaq bədbəxtlikdən 
çəkinsin. Özünüzü və camaatı düşünüb nəzər yürüdün” -deyib susdu.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin