Abdullah ibn Cəfərin Müaviyəyə qarşı dəlillər gətirməsi Aban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən Adbullah ibn Cəfər ibn Əbu Ta-
libin ona belə dediyini nəql edir: Həsən (ə) və Hüseynlə (ə) birgə Müaviyənin
yanında idik. Onun yanında Abdullah ibn Abbas və Fəzl ibn Abbas da vardı.
Müaviyə mənə tərəf baxıb dedi: “Abdullah ibn Cəfər! Həsən və Hüseynə
nə çox təzim edirsən. Allaha and olsun, onlar səndən və ataları da sənin atan-
dan daha yaxşı deyillər. Əgər anaları Peyğəmbərin qızı Fatimə olmasaydı anan
Əsmə binti Umeys ondan fəzilətdə heç də aşağı deyil deyərdim!”
Onun bu sözlərinə qəzəbləndim və özümə hakim ola bilməyib dedim: “Alla-
ha and olsun, sən o ikisini, atalarını və analarını çox az tanıyırsan. Əksinə, o iki-
si məndən daha fəzilətli, ataları atamdan, anaları da anamdan daha üstündürlər.
Ey Müaviyə! Sən mənim Peyğəmbərdən (s) o ikisi, ataları və anaları haqqında
eşidib əzbərlədiyim, qəlbimə yerləşdirdiyim və rəvayət etdiyim sözlərlərdən
qafi lsən”.
Müaviyə dedi: “Eşitdiklərini söylə! Allaha and olsun ki, sən nə yalançı-
san, nə də indiyədək (hər hansı bir günahda) ittiham edilməmisən”. Bu vaxt
Həsən, Hüseyn, Abdullah ibn Abbas, Fəzl ibn Abbas və Əbu Ləhəbin oğlu da
orada idilər. Mən dedim: “Məsələ sənin düşündüyündən daha böyükdür”. Dedi:
“Ühüd və Hira dağlarının ikisindən daha böyük olsa belə! Burada bir şamlı
biri olmadığı müddətcə qorxum yoxdur. Onsuz da Allah sənin yoldaşını öl-
dürdü, dəstəniz dağıldı, xilafət də əhlinə və mədəninə çatdı. Sən söylə. Sizin
söyləyəcəklərinizdən və iddialarınızdan qorxmuram”.