Ali-Muhammedin sirleri indd


Peyğəmbərin (s) özünün və imamların şəhid edilməsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə268/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   264   265   266   267   268   269   270   271   ...   410
Ali-Muhemmedin sirleri

Peyğəmbərin (s) özünün və imamların şəhid edilməsi 
barədə sözləri
Sonra dedi: “Ey insanlar! Mən  şəhid olduqda Əli sizə öz canlarınızdan 
daha övladır. Əli şəhid olduqda oğlum Həsən möminlərə öz canlarından daha 
övladır. Oğlum Həsən  şəhid olduqda oğlum Hüseyn möminlərə öz canların-
dan daha övladır. Oğlum Hüseyn şəhid olduqda onun oğlu Əli möminlərə öz 
canlarından daha övladır. Onların Əli ibn Hüseyndən başqa bir əmiri yoxdur”. 
Sonra üzünü Əliyə tutub dedi: “Ya Əli! Sən onu görəcəksən. Məndən ona salam 
çatdır. Sonra o şəhid olduqda oğlu Muhəmməd möminlərə öz canlarından daha 
övladır. Sən onu görəcəksən, Hüseyn! Gördükdə məndən ona salamımı çatdır. 
Sonra Muhəmmədin nəslindən bir-birinin ardınca imamlar olacaq və möminlər 
üçün onlardan başqa bir əmr yoxdur”. Bunları üç dəfə  təkrarladı  və dedi: 
“Onların hamısı möminlərə öz canlarından daha övladırlar və onlarla bərabər 
möminlərin heç bir əmiri yoxdur. Hamısı hidayət olmuş və hidayət edəndirlər. 
Bunlar Hüseynin nəslindən gələcək doqquz nəfərdirlər”.


Ali-Muhəmmədin sirləri
197
Əli ibn Əbu Talib (ə) ağlayaraq ayağa qalxdı və dedi: “Atam və anam sənə 
fəda olsun, ya Peyğəmbər! Səni öldürəcəklər?” Peyğəmbər (s) buyurdu: “Bəli. 
Mən zəhərlənib şəhid olaraq öləcəyəm. Sən qılıncla öldürüləcəksən və saqqalın 
başının qanına boyanacaq. Oğlum Həsən zəhər ilə öldürüləcək. Oğlum Hüseyn 
isə qılıncla öldürüləcək. Onu zalım oğlu zalım, zinazadə oğlu zinazadə və mü-
nafi q oğlu münafi q öldürəcək”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin