Bütün elm Əhli-Beytdədir (ə) İmamlar Peyğəmbərin Əhli-Beyti, risalət mədəni, kitabın və vəhyin mənzili
və mələklərin gəlib-getdikləri yerdəndirlər. Xəlifəlik onlardan başqasına layiq
deyil. Çünki Allah onları bu iş üçün seçmiş, kitabında və Peyğəmbərinin dilində
onları bu işin əhli qərar vermişdir. Elm onlardadır, elm əhli onlardır və elm
bütünlüklə: batini və zahirilə, möhkəmi və mütəşabihilə, nasixi və mənsuxu ilə
onların yanındadır.
Quranın cəm edilməsi və qorunması Ey Müaviyə! Səhhakın oğlu öz xəlifəliyi dövründə məni Əli ibn Əbu Talibə
bu sözləri çatdırmaq üçün onun yanına göndərdi: Quranı bir kitab halında yaz-
maq istəyirəm. Qurandan yazdıqlarını bizə göndər”.
İmam Əli (ə) dedi: “Allaha and olsun, boynumu vurmadan onu əldə edə
bilməzsən”. Mən dedim: “Nə üçün?”. Buyurdu: “Çünki Uca Allah belə buyu-
rur: “Ona paklaşdırılmışlardan başqası toxuna bilməz!” 1
Yəni onun hamısına
paklardan başqası toxuna bilməz. Allah bizi nəzərdə tutur, Allahın pisliyi aradan
apardığı və pak-pakizə qərar verdiyi şəxslər bizik. Və yenə buyurur: “Sonra