Ali-Muhəmmədin sirləri
201
lənətlədilər və bir-birlərindən uzaqlaşdılar. İkincisi üçün isə döyüşmədilər, ix-
tilafa düşmədilər, o barədə bir-birlərinə vüsət tanıdılar. Bu da Allahın kitabı və
Peyğəmbərin (s) sünnəsidir. Sonradan ortaya çıxan məsələlərin Allahın kitabında
və Peyğəmbərin (s) sünnəsində olmadığını zənn etdilər. İxtilaf etdikləri, parça-
landıqları və bir-birlərindən uzaqlaşdıqları məsələ hakimiyyət və xəlifəlikdir. O
ikisinə Peyğəmbərin (s) Əhli-Beytindən daha çox layiq olduqlarını güman etdilər.
Hər kim qiblə əhlinin ixtilaf etmədikləri məsələləri əxz edib və ixtilaf etdikləri
məsələlərin elmini Allaha həvalə eləsə, salamat qalar və oddan xilas olar. İxtilaf
edilən məsələ barədə müşkülə düşdüyü üçün Allah ondan hesab soruşmayacaq.
Allah hər kimə tofi q verib, ona minnət qoysa, qəlbini nurlandırar, əmr sahiblərini
və elmin mədəninin harada olduğunu tanıdar. Əgər o da tanısa, belə bir şəxs
səadət əhli və Allahın dostudur. Peyğəmbər (s) buyurub: “Allah haqqı söyləyib
qənimət əldə edən və ya susub salamat qalan bəndəyə rəhm eləsin”.
Dostları ilə paylaş: