Ali-Muhammedin sirleri indd


sanın da tanrısı budur, lakin unutmuşdur”



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə274/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   270   271   272   273   274   275   276   277   ...   410
Ali-Muhemmedin sirleri

sanın da tanrısı budur, lakin unutmuşdur”.
5
 «Bu hadisədən sonra (Musa) onla-
ra dedi: “Ey camaatım! Allahın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs 
torpağa daxil olun”
6
 Onlar da Allahın kitabında buyurduğu bu cavabı verdilər: 
“Ya Musa, orada nəhəng (qüvvətli) adamlar vardır. Onlar oradan çıxmayınca 
biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”.
7
  Musa 
dedi: “Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma (Haruna) gücüm çatar 
(sözüm keçər). Sən bizi bu günahkar və azğın camaatdan ayır!”
8
 Uca Allah 
belə buyurdu: “O günahkar (və azğın) camaatın halına acıma!”
9
Bu ümmət də eynisini etdi. Ümmətin Peyğəmbərlə (s) birlikdə fəzilətləri, 
üstünlükləri və ona yaxınlıqları vardı. Peyğəmbər (s) onlardan ayrılana qədər 
onun dinini və Quranı təsdiq edirdilər. Amma sonra ixtilaf etdilər, ayrıldılar, 
bir-birlərinə  həsəd etdilər, imamlarına və  vəlilərinə qarşı  çıxdılar. Belə ki, 
Peyğəmbərə (s) nisbəti Harunun Musa nisbəti kimi olan yoldaşımızdan (Əlidən 
(ə)) və din, iman üzərində Allaha qovuşan çox az şəxslərdən başqa ümmət 
Peyğəmbərə (s) verdiyi əhdə vəfa etmədi. Digərləri əvvəlki hallarına (köhnə 
dinlərinə) döndülər. Eynilə Musanın səhabələrinin buzova ibadət etməsi kimi. 
1
 “Sad” surəsi, ayə 
2
 “Hud” surəsi, ayə 40.
3
 “Taha” surəsi, ayə 72-73.
4
 “Əraf” surəsinin 138-ci ayəsinə işarə edilir. 
5
 “Taha” surəsi, ayə 88.
6
 “Maidə” surəsi, ayə 21.
7
 «Maidə” surəsi, ayə 22.
8
 “Maidə” suərsi, ayə 25.
9
 “Maidə” surəsi, ayə 26.


200
Suleym ibn Qeys Hilali
Yalnız Harun, övladları  və  Əhli-Beytindən az bir dəstədən başqa  əksəriyyət 
buzovu Rəbləri zənn etdi.
Peyğəmbərimiz bu ümmət üçün insanların ən üstününü, ən fəzilətlisini və 
ən xeyirlisini Qədir Xumda, eləcə də digər bir çox yerlərdə öz yerinə xəlifə təyin 
etdi. Onunla ümmət üzərinə höccəti tamamladı  və ona itaəti  əmr etdi. Əlinin 
ona nisbətinin Harunun Musaya nisbəti kimi olduğunu, özündən sonra bütün 
möminlərin vəlisi olduğunu, özü kimin mövlasıdırsa Əlinin də (ə) onu mövlası 
olduğunu, hər kimsə öz canından övla idisə Əlinin ona öz canından övla olduğu-
nu, Əlinin ümmət arasında xəlifəsi və vəsisi olduğunu, ona itaətin Allaha itaət və 
ona üsyanın Allaha üsyan olduğunu, onu sevəni Allahın sevdiyini, ona düşmən 
olana Allahın düşmən olduğunu hamıya bildirdi. Amma (bütün bunlara baxma-
yaraq) onu inkar etdilər, göz yumdular və başqasını özlərinə vəli təyin etdilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin