əmr sahiblərinə itaət edin”. 1 , 2 Abdullah ibn Cəfər sözünün davamında dedi: Müaviyə, Həsənə, Hüseynə,
Abdullah ibn Abbasa, Fəzl ibn Abbasa, Əmr ibn Əbu Sələməyə, oğulu və
Usamə ibn Zeydə baxdı və dedi: “Hamınız Adbullah ibn Cəfərin sözlərini qəbul
edirsiniz?” Onlar “Bəli” dedilər. Müaviyə dedi: “Ey Bəni-Əbdül-müttəlib!
Siz çox böyük bir şey iddia edirsiniz və əgər bu haqdırsa, çox güclü dəlillər
göstərirsiniz. Siz gizlədirsiniz və insanlar o baxımdan kor bir qəfl ət içindədirlər.
Əgər söylədikləriniz haqdırsa, siz Əhli-Beyt və sözlərinizi söyləyənlərdən baş-
qa bütün ümmət həlak olmuş, dinlərindən dönmüş və Peyğəmbərlərinin əhdini
tərk etmişlər. Camaat arasında onların (onlara sadiq qalanların) sayı çox azdır.