Müaviyənin etiarfı ilə məhv olanlar Müaviyə dedi: “Ey İbn Cəfər! Çox böyük söz danışdın. Bu sözlərin doğru-
dursa mən, məndən əvvəlki üç nəfər və bu ümmətdən o üç nəfəri başçı qəbul
edənlər məhv olmuşlar. Hətta Əhli-Beytin özləri, dostları və yardımçılarından
savayı bütün Muhəmməd ümmətinin həlak olmuşdur demək!”
Mən dedim: “Allaha and olsun ki, söylədiklərim haqdır. Onları Pey ğəm-
bər dən (s) eşitdim”.
Müaviyə dedi: “Ey Həsən! Ey Hüseyn! Ey İbn Abbas! Cəfərin oğlu nə de-
yir?” Abdullah ibn Abbas dedi: “Əgər söylədiklərinə inanmırsansa, bunu (ora-
da olan) adlarını çəkdiyi şəxslərdən də soruş”. Müaviyə Əmr ibn Əbu Sələmə
və Usamə ibn Zeydin yanına adam göndərib onlardan soruşdu. Onlar Abdullah
ibn Cəfərin Peyğəmbərdən (s) eşitdiklərini onların da eşitdiyini söylədilər və
buna şahidlik etdilər. Bu hadisə Mədinədə ümmətin Müaviyə ətrafında toplan-
masının birinci ilində baş vermişdi.
Süleym deyir: “Abdullah ibn Cəfərin bu hədisi Ömər ibn Xəttab zamanın-
da da söylədiyini eşitmişdim”.