Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə282/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   278   279   280   281   282   283   284   285   ...   410
Ali-Muhemmedin sirleri

Möminin gecə və gündüzü
Gecələri ayaq üstə keçirər, təfəkkür və  tədəbbürlə Quranın cüzlərini 
(ayələrini) oxuyaraq özlərini qəmgin edər və bununla da dərdlərini müalicə 
etməyə çalışarlar. Hüznləri günahlarına və içdəki yaralarına ağlamaqdan 
həyəcanlanar.  Nə vaxt cənnətə şövq edən bir ayəyə rast gəlsələr həsrətlə ona 
bağlanarlar və  nəfsləri istəklə ona yönələr. Gözlərinin qarşısında olduğunu 
zənn edərlər. Kəmərlərini sıxar, Cabbar və Əzimə tərifl ər söyləyərlər. Alınla-
rını, ovuclarını, dizlərini və ayaqlarının uclarını yerə qoyarlar. Göz yaşları ya-
naqlarından süzülər. Oddan xilas olmaq üçün boyunlarını əyərək Allaha yalva-
rarlar. Hərgah qorxudan bir ayəyə rast gəlsələr qəlblərinin qulaq və gözlərini 
ona yönəldərlər. Ondan tükləri ürpərər və ürəkləri qorxu ilə dollar. Cəhənnəmin 
səs-küyünü və xırıltısını qulaqlarının önündə zənn edərlər.
Amma gündüzləri həlim, alim və Allaha təqvalı olan xeyirxahlardırlar. 
Qorxu onları yonulmuş oxa çevirmiş, onları görənlər xəstə olduqlarını və ya 
ağıllarını itirdiklərini zənn edərlər. Halbuki xəstəlikləri yoxdur və böyük bir iş 
onları məşğul etməkdədir.
Allahın əzəmətini və səltənətinin gücünü düşündükdə ölümün xatırlamaq-
dan və qiyamətin qorxularından qəlbləri dəhşətə  gələr, düşüncələri qərarsız 
qalar, ağılları başlarından gedər və  dəriləri ürpərər. Özlərinə  gəldikdə  dərhal 
pak əməllərlə Allaha yönələrlər. Allah üçün aza razı olmaz və çoxu gözlərində 
böyük görməzlər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin