Təqvalıların vəsfl əri haqqında İmam Əlinin (ə) xütbəsi Aban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən nəql edir: İmam Əlinin (ə)
səhabələrindən Həmmam ayağa qalxdı. O, abid və çalışqan bir şəxs idi. Dedi:
“Ey Əmirəl-möminin, mənim üçün möminlərin xüsusiyyətlərini elə bəyan et
ki, sanki mən onları müşahidə edirəm”.
İmam Əli (ə) bir qədər sükut edərək buyurdu: “Ey Həmmam, Allah qarşı-
sında təqvalı ol və yaxşı əməllər et! Həqiqətən, Allah Onun qarşısında təqvalı
olub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir”. Həmmam dedi:
“Səni hörmətli, xüsusi edən, sevən və fəzilətli edənin haqqına and verirəm, o
şəxsləri mənim üçün vəsf et”.
Möminlərin-əmiri ayağa qalxdı. Allaha həmd və səna etdi, Peyğəmbərinə
və Əhli-Beytinə salavat söylədi. Sonra buyurdu:
“Həqiqətən də Allah məxluqları yaratdı. Onları yaradır, amma itaətlərinə
ehtiyacı yoxdur və üsyanlarından da amandadır. Çünki üsyankarın güna-
hı Ona bir zərər, itaətkarın itaəti də fayda verməz. Onların arasında məişət
və dolanışıqlarını bölüşdürdü, hər birini özünə layiq və münasib mövqedə
yerləşdirdi. Adəmi ora endirməsi Allahın qadağasını pozması, əmrinə xilaf
çıxması və asi olmasına görə idi.
Mömin dünyada Möminlər dünyada fəzilət sahibidirlər. Danışıqları düzgün, geyimləri
orta səviyyədə, rəftarları isə təvazö üzrədir. Allaha itaətdə mütidirlər, Allahın
haram etdiyi şeylərə göz yumar və qulaqlarını yalnız faydalı elm eşitməyə
həsr edərlər. Bəlada da, asayişdə də eyni əhvalda olarlar. Allahın qəzasına
razıdırlar.
Əgər Allahın onlar üçün təyin etdiyi əcəl olmasaydı, savabın şövqündən
və cəzanın qorxusundan ruhları bir göz qırpımı qədər belə bədənlərində qal-
mazdı. Allah onların ruhlarında çox böyük cilvələnmiş və Ondan qeyrisi isə
gözləri önündə çox kiçik, zəlil və xar görünür.