208
Suleym ibn Qeys Hilali
üsyan etdilər və Allahda onları alçaltdı”. Kişi yerinə oturdu. Allah onu al-
çaltdı və hər kəsin qarşısında rüsvay etdi. Bundan əvvəl onun Qüreyşin cəsur
igidlərindən və öndə gələnlərindən olduğuna camaatda şübhə yox idi.
Sonra qəlbi xəstə olan bir münafi q üçüncü şəxs olaraq ayağa qalxdı və
dedi: “Ey Peyğəmbər! Mən cənnətliyəm, yoxsa cəhənnəmlik?” Peyğəmbər (s)
buyurdu: “Düşündüyünün əksinə, oddasan!” O da yerində oturdu. Belə ki, Al-
lah hər kəsin qarşısında onu da alçaltdı və hörmətdən saldı.
Sonra Səhhakın oğlu qalxdı və dedi: “Rəbb olaraq Allaha, din olaraq
İslama və peyğəmbər olaraq sənə razı olduq, ya Peyğəmbər! Allahın və
Peyğəmbərinin (s) qəzəbindən Allaha sığınırıq. Bizi bağışla, ya Peyğəmbər!
Allah da səni bağışlasın. Eyiblərimizi ört! Allahda səni örtsün”. Peyğəmbər
(s) buyurdu: “Başqa bir şey soruş. Sən başqa bir şey soruşmaq istəyirdin, ey
Səhhakın oğlu!” Səhhakın oğlu dedi: “Ya Peyğəmbər! Ümmətin üçün bağış-
lanma diləyirəm”.
Dostları ilə paylaş: