Allahın keçmiş ümmətlərə Əlini (ə) höccət göstərməsi Dedim: “Allah sənə rəhm etsin! Bəs bundan əlavə”. Dedi: “Peyğəmbərin
(s) belə buyurduğunu eşitdim: “Uca Allah mürsəl peyğəmbər göndərdiyi hər bir
ümmətə höccətini Əli ilə tamamladı. Onların Allah yanında ən yüksək məqam
sahibi Əlini ən çox tanıyanıdır”.
İmam Əli (ə) Allahla məxluqları arasındakı örtük və hicabdır Dedim: “Allah sənə mərhəmət göstərsin. Bundan başqa!” Dedi:
“Peyğəmbərin (s) belə dediyini eşitdim: “Mən və Əli olmasaydıq Allah tanın-
mazdı. Əgər mən və Əli olmasaydıq Allaha ibadət olunmazdı. Əgər mən və Əli
olmasaydıq savab və cəza olmazdı. Əlilə Allah arasında nə bir örtük, nə də bir
hicab var. Əksinə, o, Allahla məxluqları arasında bir hicab və örtükdür.