Əbu Zər və Miqdadın dilindən Əlinin (ə) ən əzəmətli üstünlükləri Aban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən nəql edir ki, Əbu Zərdən soruş-
du: “Allah sənə rəhm eləsin! Əli ibn Əbu Talib (ə) haqqında Peyğəmbərdən (s)
eşitdiyin ən gözəl hədisi mənə söyləyə bilərsən?”
Mələklərin nəzərində Əliyə (ə) itaət və düşmənlərindən uzaqlaşmaq Miqdad dedi: Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Həqiqətən də
Ərşin ətrafında 90 min mələk var ki, onların təsbih və ibadətləri yalnız Əli ibn
Əbu Talibə (ə) itaət, onun düşmənlərindən bezarlıq və şiələri üçün bağışlanma
diləməkdir”.
Dedim: “Allah sənə mərhəmət göstərsin, bəs bundan başqa yenə də var-
mı?” Dedi: “Belə buyurduğunu eşitdim: “Uca Allah Cəbrailə, Mikailə və
İsrafi lə Əliyə (ə) itaəti, düşmənlərindən bezarlığı və şiələri üçün bağışlanma
diləmələrini xüsusi olaraq tapşırıb”.