Peyğəmbər (ə) və Əlinin (ə) təsdiqində peyğəmbərlərin (ə) məqamı Canım əlində olana and olsun ki, Adəm yaradılmağa, ruhun ona üfürül-
məsinə, tövbəsinin qəbul olunmasına və cənnətdə qərarlaşmasına yalnız mənim
peyğəmbərliyimə və məndən sonra Əlinin (ə) vilayətinə iman edəndən sonra
layiq oldu.
Canımın əlində olana and olsun! Mənim peyğəmbərliyim və Əlinin
vilayətini iqrar etdikdən sonra İbrahimə yerin və göylərin mələkutu göstərildi,
Allah onu Özünə xəlil (dost) seçdi.
Canımın əlində olana and olsun! Yalnız mənim peyğəmbərliyim və Əlinin
vilayətinin mərifətindən sonra Allah Musa (ə) ilə danışdı, İsanı (ə) aləmlərə
əlamət qərar verdi. And olsun canımın əlində girov olduğu Allaha!
Canımın əlində olana and olsun! Əlini (ə) tanımadan və vilayətimizi iq-
rar etmədən heç bir peyğəmbər həmin məqama yüksəlmədi. Bütün məxluqat
yalnız Allaha olan bəndəçilikləri və bizim vəlayətimizə olan iqrarlarına görə
yaradılmağa və Allahın onlara nəzər salmasına layiq oldular.
Miqdad bundan sonra susdu. Mən dedim: “Allah sənə rəhm eləsin! Yenə
varmı?”