Ali-Muhəmmədin sirləri
217
sənə aid olmayan bir adla çağırırsan. Möminlərin əmirinin başqası olduğunu
bilirsən”.
Qunfuz qayıdıb deyilənləri onlara çatdırdı. Səhhakın oğlu qəzəblənib aya-
ğa qalxdı və dedi: “Allaha and olsun, mən onun ağlının
və rəyinin zəif olduğu-
nu bilirəm. Onu öldürmədən bizim işimiz düzəlməyəcək. İzin ver, onun başını
bura gətirim”. Əbu Bəkr “Otur!” dedi. Səhhakın oğlu bu sözə qulaq asmadı.
Yaşlı səhabə ona oturması üçün and verib dedi: “Ey Qunfuz! Onun yanına get
və de: “Yaşlı səhabə dəvətinə cavab ver!”
Qunfuz gəlib dedi: “Ey Əli! Yaşlı səhabənin dəvətinə cavab ver”. Əli (ə)
dedi: “Mən məşğulam. Dostumun və qardaşımın vəsiyyətini tərk etməyəcəyəm.
Yaşlı səhabənin və üzərində icma etdiyiniz zülmün yanına qayıt!”
Dostları ilə paylaş: