Fatimənin (s.ə.) evi və o hadisələr Qunfuz yaşlı səhabənin yanına qayıdıb deyilənləri ona xəbər verdi. Səhha-
kın oğlu yenə də qəzəblənib yerindən qalxdı. Xalid ibn Vəlidlə Qunfuzu çağır-
dı. Onlara odun və atəş gətirməyi əmr elədi. Sonra Əlinin (ə) qapısının qarşısı-
na gəldi. Həmin vaxt Fatimə (ə) qapının arxasında oturmuşdu. Başını bağlamış,
Peyğəmbərin (s) vəfatına görə bədəni zəifl əmişdi. Səhhakın oğlu irəli keçib
qapını döydü və yüksək səslə dedi: “Ey Əbu Talibin oğlu, qapını aç!”
Fatimə (s.ə.) dedi: “Ey Səhhakın oğlu! Bizim səninlə nə işimiz var, bizi öz
halımıza burax!”
Səhhakın oğlu dedi: “Qapını aç! Yoxsa siz içəridə ikən qapıya od vuraram”.
Fatimə (s.ə.) dedi: “Ey Ömər! İzzət və Cəlal sahibi olan Allahdan qorxmur-
san?! Evimə girib hücum edirsən?” Səhhakın oğlu geri çəkilmədi. Od istədi,
onu qapının yanına qoydu və qapını yandırdı. Sonra qapını itələdi.