Zəhranı (s.ə.) qılıncla öldürmək istədilər Səhhakın oğlu yardım üçün adam göndərdi. Bir dəstə adam gəlib evə so-
xuldular. Xalid ibn Vəlid Fatiməni (s.ə.) öldürmək üçün qılıncını qınından çı-
xardı. Əli (ə) qılıncı ilə Xalidə həmlə etdi. Xalid and verərək ona yalvardı və
fi krindən əl çəkdi.
Əmirəl-mömininin (ə) evindən çıxarılması Sonra Miqdad, Salman, Əbu Zərr, Əmmar və Bureydə Əsləmi Əliyə (ə)
kömək etmək üçün evə girdilər. Bir fi tnə çaxmasına az qalmışdı. Əlini (ə) çölə
çıxardılar, camaat da Əlinin (ə) ardınca gedirdi. Salman, Əbu Zərr, Miqdad,
Əmmar və Bureydə Əsləmi Əlinin (ə) arxasınca gedərək belə deyirdilər: “Nə tez
Peyğəmbərə (s) xəyanət etdiniz və qəlbinizdəki nifrətinizi ortaya çıxardınız?!”
Bureydə ibn Xəsib Əsləmi dedi: “Ey Səhhakın oğlu! Peyğəmbərin (s) qar-
daşının və vəsisinin üzərinə hücum etdin? Peyğəmbərin (s) qızının üzərinə
hücum edib onu vurdun?! Sən Qüreyşin içində necə tanındığı məlum kəssən!”
Xalid ibn Vəlid qılıncını qını ilə birlikdə qaldırıb Bureydəni vurmaq istədi.
Amma Səhhakın oğlu onun əlindən tutub mane oldu.