Ali-Muhəmmədin sirləri
219
laha and olsun ki, əgər öncədən təqdir etdiyi qəzası və dostumun
mənimlə bağ-
ladığı əhdi olmasaydı, bunu sənə icazə verməz, hansımızın yardım və say baxı-
mından daha az olduğunu bilərdin”. Yaşlı səhabə sakit dayanıb heç nə demədi.
Bureydə ayağa qalxdı və dedi: “Ey Səhhakın oğlu! Məgər siz Peyğəmbərin
(s) barənizdə bu sözləri dediyi adamlar deyilsiniz: “Əlinin yanına gedin və
“Möminlərin əmiri” deyib ona salam verin!” Bu əmrdən
sonra siz ikiniz belə de-
diniz: “Bu Allahın və Peyğəmbərinin əmridir?” Peyğəmbər (s) buyurudu: “Bəli”.
Yaşlı səhabə dedi: “Ey Bureydə! Bu dediyin hadisə olub. Sən orada yox idin
və amma biz buna şahid olmuşuq. Hər işdən sonra bir iş olur!”. Səhhakın oğlu
dedi: “Ey Bureydə, bu məsələdən sənə nə?! Niyə bu işə qarışırsan?” Bureydə dedi:
“Allaha and olsun, sizin hakim olduğunuz şəhərdə əsla oturmam”. Bu sözlərdən
sonra (Bureydə) Səhhakın oğlunun əmrilə döyüldü və şəhərdən çıxarıldı.
Sonra Salman ayağa qalxıb dedi: “Ey Ətiq! Allahdan qorx və oturduğun
yerdən qalx.
Onu əhlinə təhvil ver ki, qiyamət gününə qədər (camaat) gen-bol
ruzilənsin və ümmət arasında iki qılınc belə bir-birilə əsla ixtilaf eləməsin!”
Yaşlı səhabə cavab vermədi. Salman yenidən buna oxşar sözlər söylədi.
Səhhakın oğlu onu kənara itələyib dedi: “Bu məsələdən sənə nə? Niyə baş
verənlərə qarışırsan?”
Salman dedi: “Yavaş ol, ey Səhhakın oğlu! Ey Ətiq, oturduğun yerdən qalx!
Onu əhlinə təhvil ver! Allaha and olsun, qiyamət
gününə qədər bərəkətdən
faydalanacaqlar. Əgər bunu qəbul etməsəniz qan çığacaq, tüləqalar, sürgünə
göndərilənlər və münafi qlər xəlifəliyə tamah salacaqlar. Allaha and olsun əgər
zülmü dəf edib və ya Allahın dinini şərəfl əndirəcəyimi bilsəm, qılıncımı çiynimə
salıb, geri dönmədən başımın üstündə yelləyərəm. Peyğəmbərin (s) vəsilərinə
hücum edirsiniz?! Bəlalarla müjdələnin, rahatlıqdan ümidiniz kəsin!”
Sonra Əbu Zərr, Miqdad və Əmmar ayağa qalxıb Əliyə (ə) dedilər: “Nə
əmr edirsən? Allaha and olsun, bizə əmr versən, ölənə qədər vuruşarıq”. Əli
(ə) dedi: “Allah sizə rəhm eləsin! Əl saxlayın! Peyğəmbərin (s) əhdini və sizə
etdiyi vəsiyyəti xatırlayın”. Onlar sakitləşib dayandılar.
Dostları ilə paylaş: