İmam Əliyə (ə) qarşı üçüncü təhdid Sonra dedi: “Ey Əli! Qalx, beyət et!” Əli (ə) dedi: “Əgər beyət etməzsəm
nə olacaq?” Səhhakın oğlu dedi: “Allaha and olsun, boynunu vuraram”. Əli
(ə) dedi: “Allaha and olsun, yalan danışırsan, ey Səhhak oğlu! Bunu etməyə
qüdrətin çatmaz. Sən bundan daha şərəfsiz və zəifsən!”
İmam Əliyə (ə) qarşı dördüncü təhdid Xalid ibn Vəlid yerindən sıçrayıb qılıncını çəkdi və dedi: “Allaha and ol-
sun, beyət etməsən səni mütləq öldürəcəyəm”. Əli ayağa qalxıb onun üstünə
yeridi və paltarının yaxasından tutub itələdi. Xalid başının arxası üstə yerə yı-
xıldı və qılıncı əlindən düşdü.