Əbu Bəkr və Ömər Fatiməyə (s.ə.) baş çəkirlər Əli (ə) məsciddə vacibi namazını qılırdı. Hər dəfə namaz qılarkən o ikisi
ona deyirdilər: “Peyğəmbərin qızı necədir?”
Xəstəliyi ağırlaşana qədər bu davam etdi. Sonra bir gün soruşub dedilər:
“Bizimlə onun arasında olanları bilirsən. Mümkündürsə ondan bizim üçün izin
istə ki, günahlarımıza görə üzr istəyək”. Əli (ə) dedi: “Bu sizin boynunuzdadır!”
Gəlib evin qapısının qarşısında oturdular. Əli (ə) Fatimənin (s.ə.) yanına
gedib dedi: “Ey azad qadın! Filan və fi lan kəslər qapıda gözləyirlər. Sənə salam
vermək istəyirlər. Fikrin nədir?” Fatimə (s.ə.) dedi: “Ev sənindir və azad qadın
da zövcəndir! Necə münasib bilsən, elə et”. Əli (ə) dedi: “Üstünü ört”. Fatimə
(s.ə.) üstünü örtdü və üzünü divara çevirdi.