4. Fatimeyi-Zəhranın (s.ə.) vəsiyyəti və şəhadəti İbn Abbas deyir: “Fatimə (s.ə.) atası Peyğəmbərin (s) vəfatından sonra cəmi
qırx gecə yaşadı. Xəstəliyi ağırlaşdıqda Əlini (ə) çağırıb dedi: “Ey əmim oğlu!
Mənim halımı görürsən. Sənə bacım Zeynəbin qızı ilə evlənməyini tövsiyə
edirəm. Uşaqlarıma qarşı mənim kimi olacaq. Mənim üçün bir tabut hazırla.
Mələklərin onu mənim üçün vəsf etdiklərini gördüm. Allah düşmənlərindən
heç biri cənazəmə, dəfnimə və cənazə namazıma şahid olmasınlar”.
İbn Abbas deyir: “Bu Möminlərin əmirinin (ə) sözüdür: “Bəzi şeylər var
ki, onları tərk edə bilmərəm. Çünki Quran onunla Peyğəmbərin (s) qəlbinə na-
zil edilib: dostum Peyğəmbərin (s) Nakisin, Qasitin və Mariqinlərlə döyüşmək
barədə məndən aldığı əhd və Fatimənin (s.ə.) Əmamə binti Zeynəblə evlənməyi
vəsiyyət etməsi”.
İbn Abbas deyir: “Fatimə o gün vəfat etdi. Mədinə şəhərini kişi və qadınla-
rın ağlama səsləri bürüdü. Camaat Peyğəmbərin (s) vəfatında olduğu kimi çaş-
qın vəziyyətdə idilər. Əbu Bəkr və Ömər gəlib Əliyə təsəlli verdilər və dedilər:
“Ey Əbul-Həsən! Peyğəmbərin qızına namaz qılmaqda bizi qabaqlama”.
Gecə olarkən Əli (ə) Abbası, Fəzli, Miqdadı, Salmanı, Əbu Zərri və Əmmarı
çağırdı. Abbas önə keçib cənazə namazı qıldı və sonra onu dəfn etdilər.