Peyğəmbərə (s) məsciddə halal olanlar Əliyə (ə) də halaldır Süleym Cabir ibn Abdullah Ənsaridən nəql edir: “Biz məsciddə ikən
Peyğəmbər (ə) əlində xurma yarpağı evindən çıxdı, bizi çölə itələyib “Məsciddə
yatmayın” dedi.
Cabir deyir: Biz çıxdıqda Əli də bizimlə birgə çıxmaq istədi. Peyğəmbər
(s) buyurdu: “Ey qardaşım, sən hara çıxırsan? Məsciddə mənə halal olan sənə
də halaldır. Sənin mənə nisbətin Harunun Musaya olan nisbətidir. Uca Allah
Musaya təmiz, pak bir məscid tikməsini, orada onunla birgə yalnız qardaşının
və övladları Şəbərlə Şübeyrin məskunlaşmasını əmr etdi.