Əli (ə) ümmətin Siddiqi və Faruqudur Süleym ibn Qeys deyir ki, Ömər ibn Xəttabın hökuməti zamanı idi. Sal-
man, Əbu Zərr və Miqdadla birlikdə oturmuşduq. Kufəli bir nəfər gəlib ona
doğru yolu göstərmələrini istədi. Dedilər: “Sənə Allahın kitabını tövsiyə edirik,
ona sarıl. Həmçinin Əli ibn Əbu Talibi (ə) tövsiyə edirik. O, Quranladır və on-
dan əsla ayrılmaz.
Biz Peyğəmbərdən (s) belə buyurduğunu eşitdiyimizə şahidlik edirik: “Əli
Quranla və haqladır. Hara üz tutsa haqq da ora üz tutar. O, Allaha ilk iman
gətirən və qiyamət günü ümmətimdən mənimlə görüşəcək ilk şəxsdir. O, ən
böyük Siddiq (çox təsdiqləyən) və haqq ilə batilin arasını ayırandır (Faruqdur).
O, mənim vəsim, vəzirim, ümmətim arasında xəlifəm və sünnətimə görə sava-
şandır”.