On iki imamın (ə) adları kağızda yazılmışdı
Kağızı gətirdi. Peyğəmbər (s) bir-bir özündən sonrakı hidayət imamlarının
adlarını söyləyirdi və Əli də (ə) yazırdı. Sonra buyurdu: “Mən sizi şahid tu-
turam ki, qardaşım, vəzirim, varisim, ümmətim arasında xəlifəm Əli ibn Əbu
Talibdir. Ondan sonra Həsən, ondan sonra Hüseyn və ondan sonra da Hüseynin
övladlarından doqquz nəfərdir”.
Onlardan yalnız ikisinin adı - Əli və Muhəmməd yadımda qaldı. Digər
imamların (ə) adlarını qarışdırdım
1
. Amma Mehdinin xüsusiyyətləri, ədaləti və
1
Bu yanlışlıq Salmandan, Süleymdən və ya Abandan qaynaqlanmır. Çünki kitabdakı hədislərin
bir çoxunda İmamların (ə) adları aydın və aşkar qeyd edilir. Ola bilsin ki, bu cümlələr hədisi
Abandan sonra nəql edən şəxsə aiddir.
Ali-Muhəmmədin sirləri
227
edəcəkləri haqqında eşitdiklərimi unutmadım. Allah onun vasitəsilə haqsızlıq
və zülmlə dolmuş yer üzünü haqq və ədalətlə dolduracaq.
Sonra Peyğəmbər (s) buyurdu: “Mən bunları yazmağı, məscidə getməyi,
hər kəsi çağırmağı, onlara oxumağı və onları buna şahid tutmağı istəyirdim.
Amma Uca Allah istəmədi və təqdir etdiyi şeyin olmasına hökm verdi.
Süleym deyir: “Osmanın xəlifəliyi zamanında Əbu Zərr və Miqdadla gö-
rüşdüm. İkisi də bunu mənə danışdılar. Sonra Kufə şəhərində Əli (ə), Həsən (ə)
və Hüseyn (ə) ilə görüşdüm. Onlar da gizlicə bunları mənə söylədilər. Sanki bir
ağızdan danışırmışlar kimi nə bir hərfi əskik, nə də artıq söylədilər...”
Həmçinin onların adlarının burada aşkar çəkilməməsi hədis ravisinin İmamların (ə) adlarını
söyləməkdə təqiyyə edib, onları zalımlardan qoruması da səbəb ola bilər.
228
Suleym ibn Qeys Hilali
HƏDİS 50
Dostları ilə paylaş: |