Allah Əhli-Beytdən (ə) olan şahidlərdən zəmanələrinin insanlarını soruşacaq Allah hər bir zamanda yaşayan insanlardan hesab soruşacaq və onların za-
manlarında bizdən onların üzərində şahid olanları çağıracaq. Kim doğru söyləsə,
onu təsdiqləyəcəyik, kim yalan danışsa onu inkar edəcəyik. Peyğəmbər (s) qor-
xudan, hidayət edən, cinlərə və insanlara qiyamət gününə qədər göndərilən el-
çidir. Ondan sonra nəbi və rəsul yoxdur. Qurandan sonra da kitab enməyəcək.
Hər bir zamanda yaşayanlar üçün bir doğru yol göstərən, höccət və imam
vardır. Onlara doğru yolu və dəlilləri göstərər, onları Rəblərinin kitabına və
Peyğəmbərlərinin sünnəsinə istiqamətləndirər. Hər dəfə dünyadan ayrıldıqda
yerinə özü kimi birini vəsiyyət edər. Onlar Quranla və Quran onlarladır. Ho-
vuzun başında Peyğəmbərə (s) qovuşana qədər onlar Qurandan və Quran da
onlardan ayrılmaz.
Biz elə bir Əhli-Beytik ki, atamız İbrahim bizim üçün dua edib belə dedi: