239 HƏDİS 58
Abanın Həsən Bəsriyə qarşı dəlilləri Əmirəl-mömininin (ə) ayaq basdığı torpaqdan təbərrük Süleym ibn Qeys dedi: “Salman belə dediyini eşitdim: “Peyğəmbər (s)
Əliyə (s) dedi: “Əgər ümmətimdən bir dəstə insan xristianların İsa ibn Məryəm
haqqında söylədiklərini deməsəydilər sənin barəndə elə bir söz söyləyərdim ki,
ümmətim torpaqdakı ayaq izlərini izləyər və onu öpərdilər”.
Həsən Bəsrinin dilindən Əmirəl-mömininin (ə) fəzilətləri Aban dedi: “Əbu Xəlifənin
1
evində Salmandan Süleymin mənə nəql etdiyi
bu hədisi Həsən Bəsriyə danışdım. Həsən dedi: “Allaha and olsun, Əli haqqında
iki hədis eşitmişəm və onları heç kimə danışmamışam”. Sonra mələklərin Əliyə
salam verdikləri hədisini və Ühüd döyüşündə baş vermiş hadisəni söylədi.
2
1
Əbu Xəlifə Həccac ibn Əbu İtab əd-Deyləmi əl-Əbdi əl-Bəsri. O, Həccac Səqəfi nin zülmündən
bir çoxlarının evinə pənah gətirdiyi şəxsdir.
2
“Bihar”da (c.39, s.9) İbn Abbasa istinadla rəvayət olunur ki, Peyğəmbər (s) Bədr döyüşündə
gecə vaxtı bir nəfərin könüllü olaraq su gətirmək üçün çıxmasını istədi. Əli (ə) könüllü oldu
və çölə çıxdı. O gecə küləkli, soyuq və qaranlıq idi. Əli (ə) su tuluğunu götürdü və yola düşdü.
Quyuya çatdıqda qab tapa bilmədi. Çarəsiz qalıb quyuya endi. Tuluğu doldurub çıxdı və yola
düşdü. Qarşısından şiddətli bir külək əsdi. Yerə oturdu və külək ötüşənə qədər gözlədi. Sonra
qalxdı, bu zaman ikinci bir külək əsdi. Oturdu və o keçənə qədər yenə gözlədi. Sonra qalxdı
və üçüncü bir külək daha əsdi. Oturdu və o keçənə qədər də gözlədi.
Geri qayıtdıqdan sonra Peyğəmbər (s) soruşdu: “Ya Əbul-Həsən! Niyə gecikdin?” Əli (ə)
dedi: “Şiddətli bir küləklə qarşılaşdım. Arxasından başqa bir küləklə və onun arxasından da
digər bir küləklə, titrədirdim”. Peyğəmbər (s) dedi: “Ya Əli! Onun nə olduğunu bilirsən?” Əli
(ə) dedi: “Xeyr”. Peyğəmbər (s) buyurdu: “O, Cəbrayıl idi və yanında min mələk də vardı.
Cəbrayıl və o mələklər sənə salam verdilər. Sonra Mikayıl min mələklə birlikdə keçdi. Mika-
yıl və o mələklər də sənə salam verdilər. Sonra İsrafi l min mələklə birlikdə keçdi. İsrafi l və o
mələklər də sənə salam verdilər”.
Yenə də “Bihar”da (c.20, s.85) rəvayət olunur: “Ühüd döyüşündə Peyğəmbər (s) dağ tərəfdən
gələn bir dəstə düşmənə işarə etdi. Əli (ə) onlara hücum edib pərəm-pərəm saldı. Sonra başqa
bir dəstəyə işarə elədi. Əli (ə) yenə onlara hücum edib geriyə oturtdu. Sonra yaxınlaşan digər bir
dəstə düşməni göstərdi. Əli (ə) onların da üzərinə hücum edib qaçmağa məcbur elədi. Cəbrayıl
enib dedi: “Ya Peyğəmbər! Mən və mələklər Əlinin sənə qarşı bu fədakarlığından və sənə etdiyi
yardımdan heyrətə gəlmişik”. Peyğəmbər (s) buyurdu: “Niyə də olmasın?! Mən ondanam və o
240 Suleym ibn Qeys Hilali Həsən Bəsri bunları söylədikdən sonra mən hər iki hədisi Süleymin kitabında
tapdım. Onları Əlidən (ə) eşitmiş və nəql etmişdi.