238
Suleym ibn Qeys Hilali
HƏDİS 57
İmam Əliyə (ə) qarşı çıxan üç nəfərin peşmançılığı
Süleym ibn Qeys deyir ki,
bir gün Muhəmməd ibn Məsləmə, Səd ibn Ma-
lik
1
və Abdullah
ibn Ömərlə
2
oturmuşduq. Onların belə dediklərini eşitdim:
“Əliyə yardım etməkdən və azğın qövmlə savaşmaqdan boyun qaçırdığımıza
görə həlak olacağımızdan
qorxuruq”.
Dedim: “Allaha and olsun ki, həqiqətən də Əlinin (ə)
belə dediyini
eşitmişəm: “Peyğəmbər (s) mənə Nakisinlər, Qasitinlər
və Mariqinlərlə savaş-
mağı əmr edib”.
Onlar ağladılar, sonra dedilər: “Əli (ə) düz deyir, onun Allahın
və rəsulunun
adından söylədiklərinin hamısı həqiqətdir. Ona xilaf çıxdığımıza və aciz burax-
dığımıza görə Allahdan bağışlanma diləyəcəyik”.
1
Əbu Vaqqasın oğludur.
2
Bu üç nəfər Əliyə (ə) olan beyətlərinə xilaf çıxdılar və savaşa getməkdən boyun qaçırdılar. İbn
Əbu
Hədid deyir ki, Məhəmməd ibn Məsləmə Əbu Bəkrə beyət günü orada idi və Zübeyrin
qılıncını yerə vurub sındıran da məhz odur.