242
Suleym ibn Qeys Hilali
Osmana gəlincə, axmaqları özünə yaxınlaşdırdı, Allaha təqvalıları uzaq-
laşdırdı, Peyğəmbərin (s) qovduğu kəslərə pənah verdi, Əbu Zərr və bir dəstə
xeyirxah insanları sürgün elədi, Beytul-malı zənginlərin arasında bölüşdürdü
və Allahın nazil etdiyindən başqa hər şeylə hökm verdi. Onun dinə gətirdiyi
yeniliklər sayıla bilməyəcək qədər çox və böyükdür. Onların ən böyüyü Allahın
kitablarını yandırmasıdır. Ən dözülməzi və iyrənci isə Minada Peyğəmbərin (s)
sünnəsinin əksinə olaraq qıldığı dörd rükətli namazdır”.
Dedim: “Allah sənə xeyir bəxş eləsin! Bəs bun Osmana rəhmət oxumağın
və onu üstün bilməyin nədir?”
Dedi: “Mən bunu onun tağut, zorba və zalım dostları – Həccac və ondan
əvvəl İbn Ziyad ilə atasının eşitməsi üçün edirəm. Məgər bilmirsən ki, onlar
Osmana nifrət etməkdə, Əliyə (ə) və Əhli-Beytinə məhəbbət bəsləməkdə itti-
ham etdikləri hər kəsi sürgün edir, kəsir və öldürürlər?!” Peyğəmbər (s) buyu-
rub: “Mömin özünü alçaltmaz”. Dedim: “Özünü alçaltmaq necə olur?” Dedi:
“(İnsanın) özünü gücünün çatmadığı və dözə bilməyəcəyi bir bəlaya mübtəla
edər. Osman öldürüldüyü gün Əlinin (ə) Peyğəmbərdən (s) belə nəql etdiyi-
ni eşitdim: “Təqiyyə Allahın dinindəndir. Təqiyyəsi olmayanın dini də yox-
dur. Allaha and olsun, təqiyyə olmasaydı İblis dövlətində Allaha ibadət etmək
mümkün olmazdı”. Bir nəfər soruşdu: “İblis dövləti nədir?” Əli (s) buyurdu:
“Nə vaxt zəlalət imamı insanlara rəhbər olsa, o İblisin Adəm övladı üzərində
qurduğu dövlətdir. Nə vaxt hidayət imamı camaata rəhbər olsa, bu da Adəm
övladının İblis üzərinə qurduğu dövlətdir”.
Sonra yavaş səslə Əmmara və Məhəmməd ibn Əbu Bəkrə bunları söylədi
və mən də eşitdim: “Peyğəmbəriniz (s) vəfat etdiyi gündən bəri məni tərk et-
diyiniz və məndən başqasına tabe olduğunuz üçün iblisin dövlətində idiniz”.
Dostları ilə paylaş: