Ümmət içində zəlalətin təməlini qoyanlar Əgər desən ki, o ikisi haqları olmadığı və Allahın başqasına verdiyini
bildikləri şey (xəlifəlik) üçün mübarizə aparıblar, bu ümmətin başına gətirilən
fi tnə və bəlaların yolunu açıb, təməlini qoyublar, Əliyə (ə) “Möminlərin əmiri”
deyərək salam veriblər; hətta Peyğəmbər (s) onlara Əliyə (ə) salam vermələrini
əmr etdikdə: “Bu Allahın və Peyğəmbərinin əmridir?” deyə soruşublar və
Peyğəmbər (s) də: “Bəli! Allahın və Peyğəmbərinin əmridir! deyə cavab verib;
o zaman bütün bu söylədiklərin yerində söylənmiş sözlər olar.
Əbu Zərr o ikisinin “Möminlərin əmiri” ünvanı ilə Əliyə (ə) salam vermə
hadisəsini Salman və Miqdadla birlikdə mənə danışdığı zaman dedi: “Biz
Peyğəmbərin (s) belə buyurduğunu eşitdik: “Aralarında daha elmli (ə`ləm) ol-
1
Mehrə Ərəb yarımadasında Həzrəmövtlə və Əmman arasında quraqlıq olan bir şəhərdir.
244 Suleym ibn Qeys Hilali duğu halda işlərini (rəhbərliyi) başqa şəxsə həvalə edən hər ümmətin işi tərk
etdiklərinə qayıdana qədər işləri pisə doğru gedər”.