Ali-Muhəmmədin sirləri
243
Sonra Mehrədən
1
bir nəfər Əlinin (ə) yanına gəldi. Bu vaxt Əbu Məhəmməd
ibn Əbu Bəkr Əlinin (ə) yanında idi və mən də söhbətlərini eşidirdim. Əli (ə)
həmin şəxsə dedi: “Ey Mehrənin qardaşı! Beyət etmək üçün gəlmisən?” O:
“Bəli” dedi. Əli (s) dedi: “Peyğəmbər (s) vəfat etdikdə xəlifəliyin mənim oldu-
ğu, Əbu Quhafənin oğlunun və ondan sonra da Ömərin zülm və düşmənçiliklə
bizə qarşı çıxdığını qəbul edərək mənə beyət edəcəksən”. Həmin şəxs dedi:
“Bəli”. Heç bir məcburiyyət olmadan müti şəkildə Əliyə (ə) beyət elədi.
Mən Həsən Bəsriyə dedim: “Camaatın hamısı buna əsasən beyət etdilər?”
Dedi: “Xeyr! Yalnız Əlinin inandığı və etibar etdiyi şəxslər bu cür beyət
edirdilər.
Ey Əbul-Qeysin qardaşı! Osmanın işlədiyi böyük günahlar və pisliklərinə
baxmayaraq onun üçün bağışlanma diləməyimiz bizə caizdirsə, bu zaman o ikisi
üçün bağışlanma diləməyə icazə verər. Çünki onlar qan tökmədilər, hakimiyyətdə
olduqları vaxtda mərhəmətlə rəftar elədilər, əllərini dinc saxladılar və yaxşı
davrandılar. Osmanın etdiyi zülm və yanlışlıqları eləmədilər. Təlhə və Zübeyr
kimi dünya və səltənət tamahından beyətlərini pozmadılar və haqsız yerə qan
tökmədilər. Halbuki Təlhə və Zübeyrin əməllərinin və cinayətlərinin Peyğəmbər
(s) tərəfi ndən qadağan edildiyini hamı eşitmişdi. Onlar Allahın və Peyğəmbərin
əmrlərini açıq aşkar dəlillərdən və bəyandan sonra yüngül sayıb tərk etdilər.
Ey Əbul-Qeysin qardaşı, əgər yaşlı səhabənin və Səhhakın oğlunun
Peyğəmbərin (s) Əli barəsində söylədiklərini eşitdiklərini desən, həmin sözləri
Osman, Təlhə və Zübeyr də eşitmişdilər. Buna baxmayaraq haqsız yerə qan tök-
müş və Əliyə (s) qarşı savaşmışdılar. Əbu Bəkr və Ömər isə bundan çəkindilər.
Dostları ilə paylaş: