Sədin dilindən Qədir Xum hadisəsi Ey Bəni-Hilalın qardaşı! Bundan daha əzəmətlisi Qədir Xumdur. Peyğəmbər
(s) Əlinin əlindən tutub iki qolunu da yuxarı qaldırdı. Mən də ona baxırdım.
Sonra buyurdu: “Məgər mən sizə öz canınızdan övla deyiləmmi?” Dedilər:
“Bəli, (övlasan)!” Bunun ardınca Peyğəmbər (s) buyurdu: “Mən kimə canın-
dan övlayamsa, bu Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev və ona düşmən
olana düşmən ol. Burada olanlar bunu burada olmayanlara çatdırsınlar”.
Süleym deyir: “Sonra Sad mənə yaxınlaşıb dedi: “Mən şübhə etdim, amma
özümü buna görə öldürəcək deyiləm. Əli fəzilətdə məndən öndə olsa da, mən
səhv və günah etdiyimi güman etmirəm. Hərçənd o, haqq üzərindədir”.
1
Bayrağı mənə verməsini arzulayırdım.
2
Yolu yaxşı görə bilmədiyi üçün.