Həsə Bəsrinin nifaqla təqiyyəni qarışdırması Aban deyir: “Həsən Bəsri bunları ömrünün cavanlığında, Həccacın valiliyi
zamanında demişdi. Əbu Xəlifənin evində qaçaq olaraq gizlənirdi və həmin
gün Əli şiələrindən idi. Böyüyüb məşhur olduqda isə Əli (ə) haqqında danışdığı
pis sözləri eşitdim. Onunla bir gün təkbətək görüşüb ondan əvvəllər eşitdiyim
sözlərini xatırlatdım. Mənə cavabında belə dedi: “Bunları mənim üçün gizlət!
Mən (indiki) bu sözləri canımı qorumaq üçün deyirəm. Əgər belə etməsəm
taxta başıma dəyər”.