249 HƏDİS 61
Peyğəmbərin (s) Bəni-Haşimə vəsiyyəti Süleym nəql edir ki, bir gün Abdullah ibn Abbasın yanında Cabir ibn
Abdullah Ənsari dayanmışdı. Abdullaha dedim: “Peyğəmbər (s) vəfat
edərkən sən orada idin?” Dedi: “Bəli, Peyğəmbər xəstəliyi ağırlaşdığında bü-
tün Əbdül-muttəlib övladlarını, qadınlarını və həddi-buluğa çatan uşaqları-
nı yanına topladı. Zübeyrdən başqa qeyri Əbdül-müttəlib övladlarından heç
kəsə içəri girməyə izn vermədi. Zübeyr də Səfi yyəyə
1
xatir içəri girmişdi.
Həmçinin Ömər ibn Əbu Sələmə və Üsamə ibn Zeyd də orada idilər. Sonra
buyurdu: “Bu üç nəfər bizim ailəmizdəndir. Üsamə bizim azad edilmiş qulu-
muz və o da bizdəndir”.
Peyğəmbər (s) onun üçün bir ordu hazırlamış və rəhbərliyi ona vermişdi.
Əbu Bəkr və Ömər də həmin orduda idilər. Onların hər ikisi də belə dedilər:
“Gətirib işi hara çıxarıb! Bir kölənin oğlunu bizə ordu başçısı qoyub!” Üsamə
Peyğəmbərlə (s) vidalaşmaq və ona salam vermək üçün icazə istədi. Onun bu
istəyi Bəni-Haşimin toplantısına təsadüf etdi və onlarla birlikdə içəri girdi.
Əbu Bəkr və Ömər də Üsamədən Peyğəmbərə (s) salam vermək üçün icazə
istədilər və o da icazə verdi.
Bəni-Haşimdən sayılan və Peyğəmbərin (s) çox sevdiyi Üsamə bizimlə
içəri girdikdə Peyğəmbər (s) xanımlarına dedi: “Qalxın və otaqdan çıxın!
Məni qohumlarımla tək qoyun!” Aişə və Həfsədən savayı hamısı qalxdılar.
Peyğəmbər (s) o ikisinə baxdı və buyurdu: “Məni qohumlarımla tək bura-
xın!” Aişə Həfsənin əlindən tutdu və qalxdı. O qəzəblənmiş və dodağının
altında deyilir: “Səni onlarla tək qoyduq”. Sonra taxtadan olan bir evə daxil
oldular.