2. Əhli-Beytin (ə) başına gətiriləcək müsibətlər barədə
Peyğəmbərin (s) mübarək ömrünün sonunda verdiyi xəbər
Sonra üzünü Əliyə tutub dedi: “Ey qardaşım! Yaxın zamanda Qüreyş sizə
qarşı çıxacaq. Sənə zülm etmək və səni məğlub etmək üçün sözü bir yerə qo-
yacaqlar. Əgər yardımın olsa onlarla savaş, əgər yardımın olmasa əlini dinc
saxlayıb və canını qoru. Bil ki, şəhidlik sənin ardınca gəzir. Allah sənin qatilinə
lənət eləsin!”
Sonra üzünü qızına çevirdi və dedi: “Sən Əhli-Beytimdən mənə qovuşacaq
ilk şəxssən. Cənnət qadınlarının xanımısan (seyyidəsisən). Sən məndən son-
ra zülm və qəzəb görəcəksən. Belə ki, döyüləcəksən və sinə sümüklərindən
biri sındırılacaq. Allah sənin qatilinə, ona əmr verənə, buna razı olana, yardım
edənə, sənə qarşı çıxana, ərinə və oğullarına zülm edənə lənət eləsin!
Sənə gəlincə, ey Həsən! Ümmət sənə xəyanət edəcək. Əgər yardımın olsa,
onlarla savaş. Əks təqdirdə əlini dinc saxlayıb canını qoru. Şəhidlik sənin ar-
xanca gəzir. Allah sənin qatilinə və ona yardım edənə lənət eləsin! Sənin qatilin
zinazadə oğlu zinazadə və zinazadə nəvəsidir. Biz elə bir Əhli-Beytik ki, Allah
bizim üçün axirəti üstün bilmiş və dünyaya (mükafatına) razı olmamışdır”.
252
Suleym ibn Qeys Hilali
Sonra üzünü İbn Abbasa
1
tutub belə dedi: “Onlardan on nəfəri hakimiyyəti
ələ keçirdikdən sonra Bəni-Üməyyənin həlakı sənin övladlarının əlilə olacaq.
Allahdan qorxsunlar, övladlarım və itrətim barədə diqqətli olsunlar. Dünya
bizdən əvvəl heç kimə qalmadı və bizdən sonra da heç kimə qalmayacaq. Bizim
dövlətimiz dövlətlərin sonuncusudur. Hər gün yerinə iki gün və hər il yerinə iki
il olacaq. Yer üzü zülm və haqsızlıqla dolduğu kimi onu haqq və ədalət doldu-
racaq olan şəxs bizdən, mənim övladlarımdandır”.
1
Ehtimal ki, burada xitab Abbasadır. Amma İbn Abbasa söyləməsində də bir müşkül yoxdur.
Ali-Muhəmmədin sirləri
Dostları ilə paylaş: |