253 HƏDİS 62
On iki vəsi haqqında Peyğəmbərin (s) sözləri Süleym Salmanın belə dediyini eşitdiyini söyləyir: “Ya Peyğəmbər (s), Al-
lah səndən əvvəl elə bir peyğəmbər göndərmədi ki, özündən sonra vəsisi ol-
masın. Bəs sənin vəsin kimdir, ya Peyğəmbəri?” Peyğəmbər (s) buyurdu: “Ey
Salman! Bu barədə Allahdan mənə bir göstəriş gəlməyib”.
Bir az dayandıqdan sonra mənə dedi: “Ey Salman! Soruşduğun məsələ
barədə Allahdan mənə vəhy gəldi. Ey Salman, səni şahid tuturam ki, Əli ibn
Əbu Talib mənim vəsim, qardaşım, varisim, vəzirim, ailəm arasında xəlifəm,
məndən sonra hər bir möminin vəlisi, borcumu ödəyən və sünnəmə görə
döyüşəcək şəxsdir.
“Ey Salman! Allah yer üzünə (məxluqlarına) nəzər salıb onlardan məni
seçdi. Sonra ikinci dəfə nəzər salıb onların arasından qardaşım Əlini seçdi.
Mənə onu cənnət qadınlarının seyyidəsi ilə evləndirməyimi əmr etdi. Sonra
üçüncü dəfə baxıb Fatiməni və vəsilərimi seçdi. Onlar oğlum Həsən, Hüseyn
və qalanları da Hüseynin övladlarındandır.
Onlar Quranla və Quran da onlarladır”. Sonra iki işarə barmağını yan-yana
gətirib – “Bunlar kimi (Kövsər) hovuzunun başında mənə qovuşana qədər Qu-
ran onlardan və onlar da Qurandan ayrılmazlar. Bir-birinin ardınca gələrlər.
Allahın məxluqları üzərindəki şahidləri və yer üzündəki höccətləridirlər. Kim
onlara itaət etsə Allaha itaət etmişdir və kim onlara qarşı çıxsa Allaha qarşı çıx-
mışdır. Onların hamısı hidayət olmuş və hidayət edəndirlər.
Bu ayə mənim, qardaşım Əlinin, qızım Fatimənin, oğullarım və Hüsey-
nin nəslindən bir-biri ardınca gələcək olan vəsilər haqqındadır: “Ey Əhli-Beyt!