Ali-Muhəmmədin sirləri
257
HƏDİS 65
Ümmətin ixtilafı və nicat tapan fi rqə
Süleym deyir ki, mən, Əli (ə) və camaat oturmuşduq. Bu zaman yəhudilərin
və xristianların başçıları gəldi. Yəhudilərin başçısına yaxınlaşıb dedi: “Yəhudilər
neçə fi rqəyə ayrılıblar?” Yəhudi başçısı dedi: “Bu məndə olan bir kitabda ya-
zılıb”. İmam (ə) dedi: “Allah o qövmün başçısını məhv eləsin ki, ondan dini
haqda soruşulur, o isə “Bu məndə olan bir kitabda yazılıb” deyə cavab verir”.
Sonra xristianların başçısına üzünü tutub soruşdu: “Bəs xristianlar neçə
fi rqəyə bölündülər?” Xristianların başçısı “fi lan, fi lan fi rqələrə” deyə cavab
verdi. Amma yanlışa yol verdi. İmam Əli (ə) dedi: “Əgər yoldaşının dediyi
kimi desəydin, söyləyib xəta etməyindən daha yaxşı olardı”.
Sonra Əli (ə) camaatın arasında onlara yaxınlaşdı və dedi: “Allaha and
olsun ki, mən Tövratı Tövrat əhlindən, İncili İncil əhlindən, Quranı isə Qu-
ran əhlindən daha yaxşı bilirəm. Mən sizə neçə fi rqəyə bölündüyünüzü xəbər
verəcəyəm.
Dostları ilə paylaş: