254
Suleym ibn Qeys Hilali
Mehdi (ə) barəsində xəbər
Sonra əlilə Hüseynə vuraraq belə dedi: “Ey Salman! Yer üzü zülm və haq-
sızlıqla dolduğu kimi haqq və ədalətlə dolduracaq
olan ümmətimin Mehdisi bu
oğlumun övladlarındandır. İmam oğlu İmam, alim oğlu alim, vəsi oğlu vəsidir!
Atası Özündən əvvəl imam, vəsi və alimdir”.
Salman dedi: “Ey Allahın Peyğəmbəri!
Mehdi əfzəldir, yoxsa atası?” Bu-
yurdu: “Atası ondan daha fəzilətlidir. Əvvəlkilərin mükafatları daha çoxdur.
Çünki Allah onların vasitəsilə sonradan gələnləri hidayət edir”.
Hansı dəvət edən doğru yola dəvət etsə mükafatını alacaq və onların
mükafatlarından heç bir şey azalmadan onlara tabe olanların mükafatlarının
bir mislinə də malik olarlar. Kim zəlalətə dəvət etsə öz günahları və dəvət
etdiklərinin günahlarından heç bir şey azalmadan özünə tabe olanların günah-
larının bir misli də ona əlavə olunar. Tabe olanların günahlarından
isə heç nə
azalmaz.
Ey Salman! Musa Rəbbindən ailəsindən biri nəfəri özünə vəzir etməsini
istədi və Allah da qardaşı Harunu ona vəziri etdi.
Mən də Rəbbimdən ailəmdən
birini mənə vəzir etməsini dilədim. Allah da qardaşımla məni gücləndirdi və
onu işimə ortaq etdi. Allah onun istəklərini qəbul etdiyi
kimi mənim istəklərimi
qəbul etdi.
Dostları ilə paylaş: